adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 May 2022 11:22
1131
ŞOU-BİZNES

Məşhur cütlük yenidən valideyn oldu: Bu dəfə Leyla...

2016-cı ilin mayında Cunda adasında ailə quran Sinem Kobal və Kənan İmirzalıoğlu bu evliliyindən 2020-ci ildə Lalin adlı bir qızı oldu. Uşaq hələ 8 aylığındaykən ona reklam təklifi gəldi.

Cütlük bez firmasının 1 milyon TL-lik (təxminən 201 min 900 manat)təklifini rədd edib. cütlük bez firmasının 1 milyon TL-lik (təxminən 201 min 900 manat)təklifini rədd etdi.

Onlar "Lalin ilə eyni layihədə bir yerdə olsaq belə, bu uşaqlara yararlı sosial layihə ola bilər. Amma hazırda çox tezdir, Lalin bunun üçün çox kiçikdir" deyə, bildirdilər.

Adalet.az HaberTürk-ə istinadən bildirir ki, artıq ailə ikinci qız övladını qucaqlarına aldılar. Xəstəxana çıxışında müxbirlərin sualını cavablandıran Sinem doğumun rahat keçirdiyini söyləyib: Sinem "Allaha şükür körpəm yaxşıdır, mən də yaxşıyam. Qulağım iltihab olduğu üçün xəstəxanada bir az çox qaldım. Sonra doğum başladı. Qulağımın müalicəsini davam etdirdik. Ona görə bir az yorğunam. Şükür Allaha ki, doğum yaxşı keçdi. Əvvəlki eyni həkim komandasında idim. Qızımızı qucağımıza aldıq".

Qeyd edək ki, Sinəm və Kənanın yeni doğulmuş qızının adı Leyladır.

 

Əntiqə Rəşid