Məşhur aktyor Cim Kerrinin Rusiyaya girişi qadağan olundu
Rusiya Xarici İşlər Nazirliyi kinoaktyor Cim Kerri də daxil olmaqla 100 Kanada vətəndaşına sanksiya tətbiq etmək qərarına gəlib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Kanadanın Rusiyanın administrasiyası, biznes, ətraf mühit və mədəniyyət nümayəndələri, siyasətçiləri, deputatları və ekspertlərinə qarşı sanksiyalarını davam etdirdiyi bildirilib.
Buna cavab olaraq 100 kanadalının sanksiya siyahısına salındığı və onların Rusiyaya girişinə qadağa qoyulduğu qeyd edilən açıqlamada sözügedən adların siyahısı açıqlanıb.
Siyahıya Kanadanın yüksək vəzifəli şəxsləri ilə yanaşı, iş adamları, fəallar, mətbuat və maliyyə qurumlarının nümayəndələri də daxil edilib.
Sanksiya siyahısında məşhur kinoaktyor Cim Kerri də var.
Rusiya Xarici İşlər Nazirliyi noyabrın 11-də 200 ABŞ vətəndaşının da sanksiya siyahısına salındığını və ölkəyə girişinin qadağan edildiyini bildirib.
Eminquey
Digər Xəbərlər
25 Mart 2026 19:44
"Qızım mənim verilişimə baxmır"
25 Mart 2026 18:43
Şakiranın Doha konserti təxirə düşdü
25 Mart 2026 11:19
Türkiyədə bu məşhurlar da saxlanıldı - Siyahıda Hande Erçel də var
24 Mart 2026 17:53


Bakı -°C

