adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Fevral 2017 12:05
98683
MÜSAHİBƏ

"Məşqlərimizi kirayə qaldığımız evdə edirik" - MÜSAHİBƏ

Nihad Qulamzadə gənc aktyor və fotoqrafdır. Hələ uşaqlıq vaxtlarından aktyorluğa həvəsi olmuşdur. Nihad aktyor kimi "ODA" Teatrında tanınmış, fotoqraf kimi bir neçə foto müsabiqədə mükafatlar qazanmışdır. Hal-hazırda "ƏSA" Teatrının təsisçisi və bədii rəhbəridir. 

Adalet.az aktyor Nihad Qulamzadə ilə müsahibəni təqdim edir.


- Tamaşaçılar sizi "ODA" Teatrından tanımışdı. "ODA"-dan ayrılmağınıza səbəb nə olmuşdu?

- Bilirsiniz, bu haqda ümumiyyətlə danışmaq istəmirəm. Sırf ona görə yox ki, nəisə bir hadisə baş verib. Ona görə ki, hal-hazırda mən sırf "ƏSA" Teatrı ilə məşğulamvə digər hər-hansı bir məsələ ilə özümü yükləmək, haqqında danışmaq istəmirəm. "Oda" Teatrı yuvamız idi. Mən belə xatırlayıram və sözügedən teatrla bağlı sadəcəbu rəyi bildirə bilərəm. Tamaşaçılara gəldikdə isə, onlar məni "ODA" Teatrındagördülər, lakin "ƏSA" Teatrı ilə tanıyacaqlar. Necə ki, mən artıq özümü "ƏSA" Teatrı ilə tanıyıram və qəbul edirəm.


- "ƏSA" Teatrını ərsəyə gətirmək ideyası hardanağlınıza gəldi?

- Əlilliyi olaninsanların incəsənətlə məşğul olmasına imkanların, təşviqlərin azlığı, əlilliyiolan insanların diqqətdən kənarda qalmaları, incəsənət nümunələrinə dair məsələlərdənəinki yaradıcı və iştirakçı, tamaşaçı qismində iştirak etmələrinin belə məhdudolması "ƏSA" Teatrının yaranmasına səbəb olan amillərdəndir. 

Qeyd etdiyim amillərdən dolayı, yay aylarında qəti şəkildə qərar verdim ki, əlilliyiolan aktyorlardan ibarət teatr yaradılmalıdır. Hətta bunu bir neçə dəfə qeydetmişəm ki, biz bu teatrı yaratmağa gecikmişik. Bu teatrı illər əvvəl yaratmaqolardı. Təsəvvür edin, "ƏSA" Teatrı 6 aylıq fəaliyyətində əlilliyi olaninsanlarda ruh yüksəkliyi, teatra sevgi, komplekslərinə qarşı mübarizə yaradabilib. Bir də düşünün ki, belə bir teatr 10 il qabaq yaransaydı, necə olardı.Əlbəttə ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya səviyyəyisi yüksələr,həmin şəxslərə yad münasibətin səviyyəsi azalar, nəinki teatr, həmçinin incəsənətinmüxtəlif istiqamətləri üzrə məşğulolmalarına şərait yaradılar, cəmiyyətdə həssas qruplarla bağlı sosial mərhəmətlilik,yardımlaşma, empatiya və sair bu kimi sosial institutlaşma artardı. 


Biz "ƏSA" Teatrı olaraq hazırda bu kimi mütərəqqivə yaradıcı əhəmiyyətli məqsədlər üçün əlimizdən gələni edirik və heç bir şübhəyoxdur ki, bu məqsədlərə nail olacağıq.


- İlk tamaşanızın adı "DUMB"-dur. Maraqlıdır,tamaşanın adının mənası nədir?

- Bu, bəlkə dəən çox çəkindiyim sualdır. "DUMB" qəhrəmanımızın düşdüyü psixoloji halın, mərhələninadıdır. Səs effekti kimi də qəbul etmək olar. Digər bir tərəfdən isə, "DUMB" elə mən özüməm. Bu isə tamam başqa bir dalğayaaiddir...


- Tamaşada gey, molla, psixi xəstə obrazları vardı. Nəyəgörə cəmiyyətdəki digər adamlar yox, məhz bu cür adamları qəhrəman kimiseçmisiniz?

- İstəyərdim tamaşamızın mövzusuna birazaydınlıq gətirim. Mənim üçün də aydındır ki, bəzi izləyicilər tamaşanıngedişatını düzgün müəyyən etməyib, anlamayıblar. Bu tamamilə mənim üzərimə düşənproblem və uğursuzluqdur. Qeyd etmək istəyirəm ki, tamaşamızda sadəcə olaraq birobraz var idi. Biz dörd aktyor bir qəhrəmanın həyatını mərhələlərlə oynayırdıq.Və tamaşamızın başlanğıcı, hekayənin sonu idi. Homoseksual, molla, psixi xəstə,hətta əlavə edim, rəssam. Qəhrəmanın bu mərhələləri yaşamasının səbəbi dəuşaqlıqda aldığı travmadır. Hansı ki, biz uşaqlıqda alınan travmanı tamaşamızınsonunda göstəririk. Bütün bu mərhələlər isə xüsusi bir məqsədlə seçilməyib. Birnüansı da qeyd etmək istəyirəm ki, əslinə qalsa qəhrəman ümumiyyətləhomoseksual olmayıb, düşdüyü psixoloji vəziyyət onu bu hala gətirib. Bu dahaçox şəxsin özünü müəyyən edə bilməməsi ilə bağlıdır. Mollalıqla bağlı da bunudemək olar.


- Fiziki məhdudiyyətli adamlarla işləmək necədirsizin üçün?

- Əla!.. O qədərəla ki, mən heç düşünmürəm ki, fiziki məhdudiyyətli insanlarla işləyirəm. Hərbiri mənim üçün çox doğmadır. Əlbəttə ki, teatr yaranandan bəri daha çox enerjisərf edirəm, daha çox yoruluram amma bunun səbəbi teatrın əlilliyi olanaktyorlardan ibarət olması deyil, vəzifəmdən dolayı üzərimə düşən öhdəlik və məsuliyyətdir.


- "ƏSA" Teatrının bədii rəhbəri və aktyorusunuz. Birara fotoqrafiya ilə məşğul olurdunuz. Bir foto müsabiqədə qalib gəlmişdiniz.Fotoqrafiya ilə indi də fəaliyyət göstərirsinizmi?

- Beş ildənçoxdur həmçinin fotoqrafiya ilə məşğul oluram. Ötən illərə nisbətən son vaxtlarbu sənətə daha az vaxt ayıra bilirəm.Amma bunun səbəbi teatrla məşğul olmağım deyil. Ümumiyyətlə mən əgər bir işlə məşğuloluramsa, belə deyərdim ki, daxildən bir sinqal yaranmalıdır. Bu siqnal dahaçox ehtiyac xarakterlidir. Çox güman ki, son dövrlər fotoqrafiya ilə intensiv şəkildəməşğul olmağıma ehtiyac yaranmayıb. Lakin təbii ki, bu sənətlə də daimi olaraqməşğul olmağı düşünürəm. Fotoqrafiya daha çox mənim istirahətimdir.


- İlk tamaşanız anşlaq keçdi, növbəti tamaşalar üçünyer tapa bilmisiniz?

- Məşqlər vətamaşa nümayişi üçün lap əvvəldən müəyyən problemlər yaşayırdıq. Bu problemlərinəsasını məkan yoxluğu təşkil edirdi. Lakin biz ilk tamaşamızın məşqi üçün kirayəqaldığımız evin bir otağını ayırdıq. Tamaşa nümayişi üçün isə XəzərUniversiteti təmannasız şəkildə ikinci korpusunda yerləşən teatral zalını bizəayırdı. Artıq iki dəfə biz bu zalda çıxış etmişik.


Hal-hazırda teatrımızın məşqləri üçün nisbətən müəssər bir məkan icarəyəgötürmüşük. Və bütün işlərimizi bu məkanda həyata keçiririk. Lakinsözügedən məkan tamaşalarımızı oynamaq üçün əlverişli deyil. Biz buradasadəcə toplantılarımızı və məşqlərimizi edə bilirik.


- Son olaraq, yeni tamaşalar, yeni ideyalar haqqındaməlumat verərdiniz?

- Son tamaşamızdan dərhal sonra daha sürətli şəkildə fəaliyyətə başlamışıq.Hazırda teatrımıza yeni üzvlər qoşulur, könüllü şəkildə bizdə fəaliyyət göstərməkistəyirlər. Teatrımız iki böyük tamaşa üzərində işləyir. Bunlardan birininadını çəkə bilərəm ki, məşhur ingilis yazıçısı, dramaturq U.Şekspirin yazdığı əsərisəhnələşdiririk. Daha geniş məlumatı tezliklə media vasitəsi ilə bölüşəcəyik.


Bundan əlavə qısa bir zaman çərçivəsində rayonlarımıza və qonşu ölkələrə(Türkiyə, Gürcüstan, Rusiya və s.) qastrollar planlayırıq. 


İdeyalar çoxdur və hər biri gerçəkləşməsi lazım olan ideyalardır. Sadəcə olaraqbunun üçün teatra müəyyən maddi və texniki dəstək lazımdır. Nəzərə alsaq ki, "ƏSA" Teatrına heç bir maddi dəstək yoxdur, bu səbəbdən öz gücümüzə təkcə məkanımızınicarə haqqını ödəyə bilirik, digər məsələlərə isə maliyyə ayıra bilmirik. Bu səbəbdənfəaliyyətimizdə ləngimələr olur. Lakin biz bu problemlərə baxmayaraq məqsədimiz,amalımız uğrunda çalışırıq və çalışacağıq.

Bizi izləyən, dəstəkləyən hər bir tamaşaçımıza dərin təşəkkürlərimizi bildiririk!