adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Mart 2018 17:16
22650
ƏDƏBİYYAT

Məşhur yazıçı homoseksualların qəzəbinə tuş gəldi

Müasir ədəbiyyatın ən tanınmış və zəngin adlarından olan Coan Roulinqson zamanlar yazdığı əsərləri ilə deyil, statusları ilə diqqət çəkir. Buyaxınlarda sosial şəbəkələrdə LGBT əleyhinə yazılmış bir statusa münasibətbildirməsi yazıçının başına bəla olub. Belə ki, Roulinqin həmvətənlilərindənbiri transseksualları "don geyinmiş kişilər” adlandıraraq onların cinsi dəyişkənlikseçimini alçaldıb. Yəni bu insanların qadın cildinə düşmək istəyi yalnızonların bəzək-düzək, geyim və güclü cins üzərində təsir qabiliyyəti ilə əlaqədardır.Bəzi kişilər də bu üstünlüklərə nail olmaq üçün qadın olmağı seçirlər. CoanRoulinq bu statusu bəyənərək fikirlə razılaşdığını bildirib. Bununla dahomoseksualları ayağa qaldırıb. LGBT təmsilçiləri bu günə qədər kitablarınıaldıqları, əsərlərinə çəkilən filmləri izlədikləri yazıçıdan bu cür hörmətsizliyigözləmədiklərini bəyan ediblər. Mütləq surətdə üzrxahlıq tələb ediblər. Yazıçıdanhələ ki, məsələ ilə bağlı səs çıxmayıb. Amma rəsmi sözçüləri "yanlış anlaşılma”ifadəsi ilə hadisəni yatışdırmağa cəhd ediblər.

Buna qədər isə Roulinq tələbələrlə kəllə-kəlləyə gəlmişdi. "HarriPotter” silsiləsində bəhs etdiyi məkanlardan birinin konkret real yerini göstərmişvə uzun zaman həmin yer tələbələr üçün sevimli məkana çevrilmişdi. Bir müddətsonra isə dediklərini danaraq tələbələri məyus etmişdi.

Qeyd edək ki, Coan Roulinqin romanları dünyanın 80-dən çox dilinə tərcüməolunub. Roulinq üç dəfə «Nestle SmartiesGold Award» və «British Book Awards» mükafatlarına, iki dəfə «Children’s BookAward The Booksellers Association» mükafatın layiq görülüb. Bundan əlavə uşaq ədəbiyyatnominasiyası üzrə İspaniyanın "Austriya şahzadəsi” mükafatı ilə təltif olunub. 2000-ciildə isə "Britaniya İmperiyası” ordeninə kavaler seçilib. 2008-ci ildə Forbesjurnalı onu dünyanın ən varlı yazıçı qadını elan edib, var-dövləti 1 milyarddollar həcmində qiymətləndirilir.


Şəfiqə ŞƏFA