adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Mart 2018 10:08
20726
ƏDƏBİYYAT

Məşhur yazarın məhəbbətdən dəli olan qızı

Adel sindromu barədə hər birimiz eşitmişik. Buna sevgixəstəliyi də deyilir. Hamımız platonik sevgi yaşayan insanlarla qarşılaşmışıq.Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platoniksevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçündeyil, hisslərin doyumu üçündür.

Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelinadından götürüb. O qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir. 

Adel ailədə beşinci uşaq olub. O çox gözəl qadın və istedadlı pianoçu idi.Lakin onun psixi sağlamlığı get-gedə zəifləyirdi. 1843-cü ildə böyük bacısı, 19yaşlı Leopoldinanın ölümü ona ciddi təsir edir. 1852-ci ildə Adel atasınınardınca Hernsi adasına gedir. Orada da ciddi depressiya yaşayan qızın vəziyyətigün-gündən pisləşir. 1858-ci ildə o Fransaya qayıdır ki, müalicə alsın.

Adel çox gözəl və istedadlı qadın idi. Lakin ona uzanan kişi əllərindənbirmənalı olaraq imtina edirdi. Özünü sevgidən uzaq hesab edirdi.

1861-ci ildə İngiltərədə səyahət zamanı Adel Pinson adlı bir zabitlə tanış olurvə ona dəlicəsinə aşiq olur. Adel Pinsonla tanış olan kimi başa düşür ki, zabitonun həyatının sevgisidir. Qərar verir ki, ona ərə getməlidir. Lakin Pinsonbunun üçün heç də tələsmir. Sonralar isə qadının dəlicəsinə sevgisindən bezərəkondan qaçmağa başlayır. Lakin Adel ondan əl çəkmir. Hətta Pinsonun polkununolduğu şəhərə gedərək, yataqxanada nömrə tutur ki, onun yaxınlığında olsun. 

O zabitə sevgi məktubları yazır, onun bütün qumar borclarını ödəyir, həttasevgilisi üçün fahişə belə tutur. Çünki Adel onu bircə yüngül əxlaqlı qadınlaraqısqanmır. Adel hiss etmir ki, psixologiyası korlanıb. Ətrafdakılara, hər kəsəPinsonla evli olduğunu deyir və özü də buna inanır. Xəyalındakı toygörüntülərini həqiqi hesab edir. Lakin Pinson tezliklə başqası ilə evlənir,hətta ata da olur. 



Hüqonun qızının sevgisindən yorulmuş zabit ona hər dəfə izah edir ki, ümidbəsləməsin, Fransaya qayıtsın. Lakin qadın əl çəkmir. Hər gün onun kazarmasınınqarşısında gözləyir. Zabit görünən kimi sakitcə onun dalınca düşüb evinə qədərgedir. Sonda tamamilə kasıblamış, üzülmüş və dəli olmuş Adeli bir nəfərFransaya aparır. Atası onu San-Mandedəki psixiatrik xəstəxanaya yerləşdirir.Viktor Hüqonun ölümündən sonra Adeli Syurendəki xəstəxanaya köçürürlər. Oömrünün sonuna, 1915-ci ilə qədər xəstəxanadan çıxmır və heç vaxt özünə gəlmir.85 yaşında xəstəxanada ölür. Ölərkən də dodaqlarında Albert adı olur. Ölümündənsonra Adelin yanından çoxlu sayda sevgi məktubları tapılır. O, məktubları öz sevgilisinəgöndərə bilməmişdi.

Məhz bundan sonra tibdə bu sindroma Adelin şərəfinə bu ad verilir. Adelsindromu tibdə geniş tanınmır. Lakin tez-tez platonik, dəlicəsinə sevgihadisələrindən danışılarkən istifadə edilən termindir.