Məşhur aktyor dünyasını dəyişdi
Tanınmış amerikalı aktyor Migel Ferrer 61 yaşında dünyasını dəyişib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Migel uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Ferrerin qohumu, aktyor Corc Kluni "Digital Spy" açıqlamasında "Yer üzündə ən böyük dəyişikliklər baş verir. Onlardan biri də odur ki, Migel xərçəngə məğlub oldu" deyə, bildirib.
Ferrerin atası "oskar" mükafatı almış aktyor Xose Ferrera, anası isə məşhur müğənni Rozmari Kluni olub.
Aktyor "Robokop”, "Qarşıdurma”, "Dəmir adam 3” və "Tvin Piks” kimi film və seriallardakı rolları ilə məşhurlaşıb.
Digər Xəbərlər
27 Aprel 2024 16:23
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
26 Aprel 2024 10:52Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO
24 Aprel 2024 11:24