adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Iyun 2020 17:32
50483
ƏDƏBİYYAT

Meşəbəyinin canavar qonaqlığı - Xəyal RZA yazır

-Hazırlaşın!Sabah lagerə gedirsiz!

Özü bilə-biləson gün xəbər verirdi ki, heç kim etiraz etməyə fürsət tapmasın. Biz ilk dəfədirevimizdən, atamızdan, anamızdan uzaqda yaşamalı olacaqdıq. Həm də az qala əsgərixidmətə bərabər bir yerə göndərilirdik. Anam acıqlanmışdı, kədərlənmişdi. Ammacürət edib, qəti şəkildə etiraz edə bilmirdi. Yaxşı bilirdi ki, atam bununlabağlı qərar veribsə, üstəlik hər şey hazırdırsa, sabaha bizi aparmaq üçündostuna maşınla gəlməyi belə xahiş edibsə, deməli, heç nə dəyişə bilməz. Bilmirəm,bu fikri onun başına kim salmışdı?! Bəlkə də bundan əvvəl lager haqqında elə-beləsöz salıb, biz də gic kimi görmədiyimiz bir şeyi həvəslə istəmişik… Ya dahansısa dostundan gəlib belə bir fikir, yeyib-içmək məclisində kimin nə planıolduğu, yay tətilində uşaqlar üçün nə düşündükləri müzakirə edilir, axı, bəzən,kimsə dilini dinc qoymayıb, lagerdən danışıb, bizimki də həvəsə gəlib, eləbilib, ürəyimiz gedəcək bu təklifə. Lager… Evdən-eşikdən uzaqda. Dünaynın obaşında. Hələ anamsız qalmaq… Nə yaşım var idi ki, mən yazığın?! Lagerə Düşərgədə deyə bilərik… Öz dilimizdə. Nə gərək var, hamı lager deyirdi, biz də lagerdesək, dünya dağılmaz ki. Üçüncü variant da vardı. Kişini bezdirmişdiknadincliyimizlə. Əslində o qədər də nadinclik etmirdik. Sözəbaxan uşaqlar idik.Yaxşı oxuyurduq. Amma hərdən bir xalxın uşaqları kimi uşaqlığımızı dayaşayırdıq. Velosiped istəyirdik almırdı, qonşunun oğlu velosipedini "kruqaverirdi”, biz də ona xiyar-pomidorverib, velosipedini alıb sürürdük. Sonra pinəçi Nurəddinin oğlu, ciqanNiyazinin bandasına qoşulduq bir ara. Şəhərin altından girib, üstündənçıxırdıq. Bir qarış boyu olan Niyazidən qorxmayan yox idi. Herti-perti gədələrqarşısında diz çöküb, ağlayıb yalvarırdılar bağışlanmaları üçün. Niyazi gözünədöndüyüm də belində gəzdiriyi bıcağını çıxarıb, diz çökənləri əməllicə sındırmasa,yalvartmasa, əl çəkmirdi. Deyilənə görə, nə vaxtsa bir iksini vurubmuş, biriksinin də üzünə "şram” atıbmış. Ona görə kim Niyazinin adını eşitsə, şalvarınıbatırırdı. Mənə görə Ağdam ləhçəsində ən yaxşı danışan elə Niyaziydi. Xüsusipafosla danışırdı, bizdən fərqli, hamıdan fərqli danışırdı. Danışanda da altdodağı sola doğru əyilirdi. "Qaqa saa deməmişdiiim?” - deyəndə bəs edirdiqabağındakı adamın titrəməsinə. Biz də Niyazinin bandasında kef edirdik. Kiminhəddi var idi "gözünün üstündə qaşın var” deyə. Daha sonra Sünbül kafesinədadandıq. Dünyanın dadı-duzu, ləzzəti Sünbülün xəngəlindəydi. Bal idi, ilahi,qaymaq idi, ləzzət idi. Yarpaq xəngəli, yanında da ayranı. Yazıq anam bir dəfəgəlib, bizi orda tutmuşdu. Dərsdən qaçıb getmişdik deyə. Sonra demişdi ki,sizin ürəyiniz nə vaxt xəngəl istəsə, deyin, mən bişirim də. Bu sözü sonralarda tez-tez eşidiridik. Amma biz Sünbülün xəngəlindən ötrü ölürdük. Həm də kişilənirdik…Özümüz gedirdik, özümüz "şot” verirdik. Bu da ləzzət eləyirdi. Nə yaşımız var idiki?! Bizim taylarımız qapının ağzına çıxa bilmirdi icazə almamış. Elə biri bizim dayıoğlu. Nənəsi, anası təpəsinəzərdi qapıdan on metr uzağa getsə. Onu da biz pozduq. Hər onlara gedəndə onuevdən oğurlayıb gəzməyə aparırdıq. Balaca bacısını qapıda keşikdə qoyurduq.Deyirdik, biz döngənin başına çatanda, qaç mamangilə de ki, Rəşadı apardılar.Belə-belə dayıoğlu da kişilik məktəbini oxumuş oldu. Hə, kim nə deyir desin,bu, kişilik məktəbi idi, sadaladığım bütün pisliklərin içində yaxşı şeylər görməklazımdır. Sonradan bunlar bizim formalaşmağımızda, xarakterimizdə xüsusi roloynadı. Mən atamın cibindən pul da oğurlamışam, amma böyüdükdən sonra kiminsəbir manatına göz dikməmişəm. O uşaqlıq idi. Uşaqlıqda qaldı. Biz – qardaşım damən də, sanki hər şeyin dadına, ləzzətinə dərs çıxara-çıxara, analiz edə-edə,bir nəticəyə gələ-gələ baxırdıq. Velosipet də aldım. Gizlətdim. Gizlincəsürürdük. Oğurluq pulla alınmışdı deyə. Kişinin cibindən ilk dəfə çəkdiyim pulaqəribə də olsa qab-qacaq almışdım. Anam pulu hardan aldığımı soruşanda yerdəntapdığımı demişdim. Pulun cibimdə qalmasından qorxduğumdan, guya yönlü işgörüb, qab-qacağa verib, gətimişdim evə. Daha sonralar isə pulumun olmasıuşaqların arasında ən bahalı siqareti mənim çəkməyimə şərait yaratmışdı. Hə, deməmişdim,hə? Siqaret də çəkirdik. Qonşunun eşşək boyda gədəsi bizim həyətə keçəndə öyrətmişdi.Dedi, gəlin siqaret çəkək. Dedik, biz siqaret çəkmirik. O da dedi, bu siz bilənsiqaret deyil, kağızın arasına xəzəl qoyub çəkək. Elə ilk anda da yaxalandıq.Anam işdə idi. Atam adəti üzrə günorta dincəlməyə gəlmişdi, işə qayıdacaqdı.Evdən çıxanda zəhrimarı ağzımda gördü. İş-miş yaddan çıxdı. Qonşunun gədəsi rəddoldu. Qardaşımla məni "kladovka”da asırdı gerçəkli. Anam da yox idi ki, qanımızın arasına girsin. Ağlamaqdanqan-bağır olmuşduq, qorxudan ölürdük, yalvarmaqdan əldən düşmüşdük. Denən, akişi, kağızdır da, niyə öldürürsən bizi, bir-iki kəlmə de, başa sal, çıx getişinin dalınca. Bax, həmin o asıb-kəsmələr sonradan bizi siqaretlə tanışdırdı.Aksiomadı. İnsanı nədən çəkindirsən, ona doğru gedər. Dedik, görək bu nədi belə, bunun üstündə öldürürdü bizi?!"Monte Carlo”, "Magna”, "LM”, "Congress", unutduğum qəribə adlı siqaretlər...Mənsə ən bahalısını - "Marlboro” çəkirdim. Boynusınmış dükan satıcılarının isə heçvecinə də deyildi, uşaqların ağciyərləri. Kopolunun "Marlboro”su, qoxusu, ətiribambaşqa idi. Birini yandırıb, Üzeyir Hacıbəyovun damağına qoymuşdum, axıra qədərəriyib getmişdi, külü qalmışdı siqaret uzunluğunda.

Gərçəksiqaretlə də tutuldum. Səhər-səhər guya uşaqlarla qaçmağa gedəcəkdik. Baxdımatam məhlənin başında dayanıb, işə getmək üçün taksi gözləyir. Uşaqlar dedi,atan ordadı, gəl, yolumuzu dəyişək, dedim, yox. Getdim görüşdüm. - Atam, haragedirsən bu vaxt? - Atam mənə atam deyəxitab edirdi. Dedim, uşaqlarla qaçmağa gedirik. Sevindi yazıq kişi. Cibimə o qədərzir-zibil doldururdum ki, məni görəndə həmişə adət etmişdi üstən şişmiş ciblərimətoxunub, bu nədi, cibini boşalt - deməyə.Adəti üzrə üzümdən, boynumdakı yarpaq xaldan öpdü… Buna peyğəmbər nişanəsi dədeyirlər. Deyirdilər, peyğəmbər barmağın basıb. Uşaqlıqda o qədər demişdilərki, hələ də buna inanıram, özümü bütün bədliklərə, xəta-bəlaya qarşı müafizəolunmuş müqəddəslərdən sanıram. Pencəyin cibini deşib, siqaret qutusunu astaraötürüb arxa tərəfə itələmişdim. Elə bil əli ilə qoymuşdu. Düz belimdə qutunu ifşaelədi. – Çıxart görüm, bu nədi? O an əllibəhanə fikirləşdim. Xeyri olmadı. Əvvəl nəsə başqa bir şey mızıldandım. Siqaretcibimdən çıxanda, qəzəbli-qəzəbli baxıb, kimindi bu, dedi. Dedim, Aydınındı,atasına alıb. Dedi, səndə nə gəzir? Dedim, Aydın xahiş etdi ki, saxla, sonragötürəcəm. Ağzıma gələni danışdım. Belə olmağıma baxmayın. Vallah yalan danışabilmirdim. Qulaqlarıma qədər qızardım. Həm də biz uşaqkən undurduq ki, atamızda uşaq olub. Ona "atış gləmək” mümkün deyil. Ona görə, iki vur ikinin cavabıkimi siqareti tapa bildi. Nə Aydına, nə Aydının atasına, əslində isə mənəinanmadı. Qulağımın dibində açılanşapalaq bütün öpüşləri, xalları, peyğmbər nişanəsini unutdurdu o anda. Gözlərimdoldu. Dedi, get evə, işə dəyib gəlirəm, səni asacam. Çevrilib evə doğru gedə-gedə"uşaqların sözünə niyə baxmadım, arxa küçədən niyə getmədim” deyə, özümübildiyim yüngülvari söyüşlərə qonaq eləmişdim ki, arxadan çağırdı, "ə, buraqayıt, əəə, bir dəqiqə”. Atam- matam yaddan çıxmışdı. Üç yüz altmış dərəcəçevriliş – atamdan - ə-yə. Qayıtdım. Yenə axtarmağa başladı. Bu dəfə əsl polis əməkdaşıkimi. Siqareti tapıb, kibritiaxtarmayacaq? Ay-hay. Elə bil əli ilə qoymuşdu. O biri deşikdə də kibrit qutusunutapdı – bu da yandırmaq üçündü, köpəyoğlu? Get, gəlirəm. - Çevrilən kimi dalımada bir "moşnu” təpik.

Atam gələnədəkqırx dəfə öldüm dirildim. Anam məni müdafiə etmək üçün bilmədi nə düşünsün.Özümü xəstəliyə də vurdum xeyri olmadı. Aydını çağırıb, soruşdu, boynuna qoyduki, atası belə bir siqaret sifariş verməyib. Qapıdan çıxmaq qadağan edildi. 24saat nəzarət altında idim az qala. Qəzəbli nəzərləri məni hər yerdə izləyiridi.Yumşalmırdı ki, yumşalmırdı. Doğrudan a, heç yadıma düşmürdü. Səbəb elə bu idiyəqin. Bizi gedər-gəlməzə göndərməklə qisas alacaqdı. Bizim anlamımızda kişilikməktəbi yuxarıda sadaladıqlarım, onun anlamında isə lager idi! Əşşi, olsun düşərgə.Axşama doğru anamı əsəbləşdirən başqa bir sürpriz də oldu. Beyləqandan bacısıoğlu gəldi. Bu nə idi indi? Biz evdəykən dəvət etsə, yenə nəysə. Bizimləoynayacaqdı və s. Bizi yola salıb, bunu niyə dəvət edir ki? Anam da elə bunahirslənmişdi. "Mənim balalarımı sürgünə göndərir, öz bacısı oğlunu kef verməyəçağırır. Bunun qulluğunda durmaq var indi”.

Səhər tezdənmaşın gəldi. Sarı kişinin nivası. Gedəcəyimiz yerin adı Abdal-Gülablı imiş. Getki, gedəsən. Dağların başına doğru, gedikcə üzüyuxarı, buludlara tərəfdırmaşırıq. Ora çatanda möhtəşəm bir mənzərəylə rastlaşdıq. Hər tərəf yamyaşılmeşə, dağların ətəyində çəmənlikdə qalacağımız düşərgə. Saysız-hesabsızçadırlar. Atam bizi düşərgənin rəhbərliyinə tapşırıb, təhvil verib, soyuq-soyuqgörüşərək çıxıb getdi. Bizə qalacağımız çaıdırı göstərdilər. Bir çadırda onçarpayı. On oğlan uşağı. Təbii ki, qızların çadırları ayrı idi. Yeddimiz varidik. Ortada olan üç çarpayı boş idi. Kiminçünsə saxlamışdılar. Elə ilk gündənmacəralar başladı. Başıma gələcəklər çox gözlətmədi. Qarnımın qurultusu qulaqbatırırdı. Havamı dəyişmişdim deyə, vəziyyət gərgin idi. Soraqlaya-sorayqlayaayaqyolunu tapdım. Düşərgənin tam kənarında, az qala meşənin içində idi.Hansısa heyvan parçalamağa cəhd eləsə, düşərgə xəbər tutana qədər adamın sümüyüqalar. Baxdım ki, qapının birində cəftə var, amma o birində sındırılıb.Rahatlığı sevirəm. İçəri keçib, qapını bağladım. Təzəcə oturmuşdum ki, iki-üçqızın deyib gülə-gülə yaxınlaşdığını eşitdim. Hardan bilim başıma gələcəkləri. Sən demə, bu qızlarıntualeti imiş. Qapıda yazılmamışdı. Ya da mən fikir verməmişdim. Beş dəqiqə gözləyib,qapını dartışdırdılar. Az qala nəfəsimi də tutmuşam ki, birdən hiss edərlər içəridəoğlan var, biabır olaram. - Kimsə var? Çıxırmırsınız? - Lənət şeytana. İşədüşdük də. Görürsünüz bağlıdı, çıxın gedin də. Sonra gələrsiniz. Ürəyimdədonquldanıram. Deyinirəm. Getmək fikirləri yoxdur. İçəridən səs gəlməyincə mənimyerimə bunlar əsəbləşirlər. Bir-birlərinə gileylənə-gileylənə qapını qurdalayıbsuallar yağdırırlar. Ən zəhləm gedən, ən nifrət elədiyim şeydir… Mənayaqyolunda olanda məni kimsə narahat etsin, tələsdirsin. Gözümün düşmənidir.Qalxıb səssizcə dayanmışam. Qızlar isə getmirlər ki, getmirlər. Baxdım ki, nəfəslikvar, hə, "fortuşka.” Birtəhər yuxarı dırmaşıb, özümü pərçimlədim ora. Meşəyə açılırdı nəfəslik. Amma sən demə düzdibdə arx var imiş. İş-işdən keçmişdi. Dizimə qədər lıqqanın içinə batdım, tənginəfəsözümü yetirdim çadıra. Qardaşım nə baş verdiyini soruşdu, mən danışdıqca qəşşelədi. Sonra heç xəbərim olmadı bağlı qapının aqibəti necə oldu. Qorxumdan,yalan olmasın, iki gün o tərəflərə fırlanmadım.

Təlimatlandırmağabaşladılar. Səhər neçədə qalxmalıyıq, səhər yeməyi saat neçədədi, sonra nə,daha sonra nə və sair və sair.

Buranın dəhşətigecələr imiş ki. Səssizlik, qurd ulamaları, çaqqal bağırtıları, vahimə nə vahimə.Qorxa-qorxa, üyüdə-üyüdə bir təhər yuxuya getdik. Səhər oyanan kimi çadırlarınyanlarını və üstünü necə açmalı olduğumuzu başa saldılar. İçərinin havalandırılmasıüçün. Bir yerdə duran deyiləm. Həm başıbəlalıyam, həm də nadinc. Ona görə mənəqohum-əqraba çatı da deyirdi, quyruğu yanmış siçan da. Dırmaşdım yuxarı,çadırın üstünü açdım. Mən enənədək uşaqlar da çadırın yanlarını həll etmişdilər.Sən demə, bunu hava qaralmamış, vaxtında da bağlamaq lazım imiş. Gecə bütünçadırlardan fərqli olaraq bizim çadır açıq qalmışdı. Uşaqlar qorxularından tərpənməkisətmirdilər. Hamı bir-birinə baxıb, kimin irəli düşəcəyini, fədəkarlıq edəcəyinigözləyirdi. O gecə çadır açıq qaldı. Yeddi çarpayı dairəvi şəkildə kənarlardayerləşdiyindən hec kəsin gözünə yuxu getmədi. Canavar, çaqqal bir yana, itdənpişikdən də qorxurduq indi. Amma çox şükür səhər tez açıldı və bundan sonranövbəçilik sistemi yaratdıq. Artıq çadırın üstü və yanları zamanında açılıb,zamanında bağalanacaqdı.

Bizi dağlaragəzməyə apardılar. Sıldırım qayaların üzərində yazılmış adları görüb biz də həvəsəgəldik. Ən yüksək yerlərdən birinə mən də adımı yazdım. Axşama kino göstərdilər, sabah səhər kəkotuyığmağa gedəcəkdik. Gündüzlər gözəl, günəşli yay havasını, axşamlar sərin dağhavası əvəzləyirdi. Hərdən üşüyürdük.

Səhər yeməyindənsonra kəkotu dalınca dağa qalxdıq. Bölük rəhbəri otlardan, otların faydasındandanışa-danışa kəkotunu necə yığmağı göstərirdi. Mənim dərdim isə başqa idi.Salamat qalmaq adətim deyildi. Baxdım ki, uzaqda iki gənc dağın ətəyinə çatmaqüzrədi. Dedim, görən qaçsam, onlardan tez çatarammı. Elə bu ağılla üzüaşağıyelləndim. Getdikcə sürətim artırdı və mən hiss etməyə başladım ki, birazdanbunun qarşısını ala bilmyəcəm. "Tormozlamaq” istədim. Bu isə daha pis imish.Yuvarlanmağa başladım. Yuvarlandıqca kol-koslar üzümü, gözümü, üstümü-başımı, bədənimicırmağa başladı. Qardaşıma xəbər veriblər ki, mən yuvarlanıram. Özünü yetirdi.Amma artıq gec idi. Cırıq-cırıq olmuşdum. Ufuldaya-ufuldaya, müəllimdən də azaryeməyim deyə, ağrılarımı içimə saldım. O gecə ağrılarıma sarılıb yatdım. Anamıdüşünə-düşünə. Səhər oyananda ağrılarım azalmışdı. Və yeni macəralararzulayırdım. Axşama canlı konsert olacaqdı. O gün çadırımızdakı çarpayıların sahibləri gəldilər. İçində biriyüz yetmiş kilo, yekəpər bir şey idi. Yanındakılar da bu ərköyün uşağınqohumları, əlaltıları idilər. Darixmasın deyə onun üçün hər şeyi düşünmüşdülər.Sən demə, bizə çadır yoldaşı yox, ataman göndəriblər. Çadırın sahibi bu idi eləbil. Bunu ditdililər yeməsinlər deyə, çarpayının dörd bir tərəfini cuna iləbağladılar. Krallara layiq bir yer düzəltdilər. Yaramaz oğlu yaramaz, başladıuşaqların başına oyun açmağa… Acılamağaş... Məzlənməyə... Heç kimin səsiçıxmırdı. Hamı çəkinirdi ondan. Hardansa eşitdik ki, bu gamış lal Tahirinoğludu. Biz heç lal Tahirin kim oldğunu da bilmirdik. Hər kim idisə, düşərgə rəhbərliyinində, əməkdaşlarının da ondan çəkindikləri şübhəsiz idi. Elə buna görə onun oğluçox rahat hərəkət edirdi və bəlkə də uşaqlar şikayət etməyin mənasızlığınıbildikləri üçün susurdular. Dəqiq yadıma gəlmir, amma mən qardaşımı və özümü təhlükədənsığortalamaq üçün ona kiminsə adını vermişdim. Ya atamın, ya atamındostlarından birinin. O da tanımaya-tanımaya özünü tanımış kimi göstərib,bizimlə mehriban olacaqmış kimi reaksiya vermişdi. Elə ilk gecə Lal Tahirinoğlu hamımızdan öncə yuxuya getmiş bir uşağın ayaq barmaqlarının arasına kağızparçası qoyub, od vurdu. Alov barmaqlarına çatanda yazıq uşaq dik atıldıyuxudan. Nəsə demək istədi, qorxdu, boğula-boğula qaldı. Lal Tahirin oğlununhoqqaları saya gəlmirdi. Və hamı dözürdü. Allahdan mənim siyasətim işəyaramışdı. Bizimlə işi olmurdu. Bir neçə gün sonra dedilər ki, qolunuza "nakolka” vurdurmaq üçün sıraya düzülün. Müəllimlərgörməsinlər deyə, "əməliyyat” hava qaralanandan sonra aparılırdı. Kim nə istəyirdisə,qoluna kibrit çöpünün kükürdüylə yazırdılar. Mən də qoluma X yazdırdım.

Atam dayımla bizə dəyməyə gələndə bu dəfə də qolumdakınınzibilinə düşdüm. Hardan xəbər tutumuşdu, necə öyrənmişdi bilmədim. Qulağlm bərkdartıldı, dayım əlindən almasaydı, bir qapaz da gələcəkdi. Yaxşı qutardım.

Bir neçə günsonra gecənin bir aləmində meşədən güllə səsləri gəldi. Düşərgədə aləmbir-birinə dəydi. Bütün uşaqlar qorxu, səksəkə içindəydi. Hər kəs nə başverdiyini öyrənmək istəyirdi. Səs-küy çox olduğundan çadırların önünəçıxmışdıq. Düşərgənin rəhbərliyi bir-bir çadırlara yaxınlaşıb nəsə deyirdi,sakitliyə çağırırdı. Bizim də çadırımıza yaxınlaşıb, uşaqlar, qorxulu heç nəyoxdu, keçin yatın - dedi. Üzündəki təlaş və həyəcan bəlli idi, gizləməyəçalışsa da. Qorxmayın! – bir daha təkrarladı - meşəbəyi sizə canavar vurub, səhərsizi canavar kababına qonaq edəcək.

Həmişəki günlərdəndaha tez oyanmışdıq. Elə bil səhər daha tez açılmışdı, gün daha tez doğmuşdu bugün. Bizə heç nə deyilməsə də, gecəki gərginlik hələ də qalmaqdaydı. Böyüklərora-bura gedib gəlir, nəyisə ciddi-ciddi müzakirə edirdilər. Biz isə canavarqonaqlığını gözləyirdik səbirsizliklə. Gözümüzü gəlib-gedənə zilləyirdik ki,indi – gəlin, meşəbəyi çağırır – deyəcəklər. Meşəbəyini də, canavarı da görməkdənötrü ürəyimiz gedirdi. O gün axşama qədər bizi heç kim, heç hara çağırmadı. Həttabaşqa günlərdən fərqli olaraq bizimlə maraqlanan olmadı, başlı-başınaqalmışdıq. O çal-çağırlı düşərgəyə ölü bir süküt, vahiməli bir kədər çökmüşdüsanki. Sonra xəbər verdilər ki, hazırlaşın, valideynləriniz gəlib aparcaq.Axşamüstü atam dostuyla arxamızca gəldi. Biz nə baş verdiyini bilmirdik,soruşmağa da çəkinirdik…

Evdəatamla-anamın söhbətini eşitdik… söhbət meşəbəyini qonşuların öldürməsindəngedirdi. Anam elə hey qonşuları qarğıyırdı. Söz-söhbət getdikcə qızışırdı… Söhbəto qədər böyüdü ki, sanki evdən küçəyə, küçədən şəhərə, şəhərdən ölkəyə yayıldıbir anda. Söhbətdən əməlli başı qan iyigəlirdi. Lap müharibəyə oxşayırdı…

Biz meşəbəyinidə, canavarı da görə bilmədiyimizə yanırdıq... sən demə o düşərgəni də, o kəndidə, sonradan o şəhəri də, uşaqları da, hətta uşaqlığımızı da bir daha görməməkvarmış qismətimizdə...