Meşə materialı aşkarlandı: Qanunsuz yolla əldə edilib
Qanunsuz meşə materiallarının axşam saatlarında “Mersedes-Benz” markalı avtomobillə Bakıya daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Xidmət rəsmisi Vaqif Cavadov deyib.
O bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı “Mersedes-Benz” markalı 99-SH-688 dövlət nömrə nişanlı avtomobildə meşə materialının daşındığına şübhələr yarandığından Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilib:
"Binəqədi rayonu ərazisində avtomobil saxlanılaraq yük yerinə baxış keçirilib. Baxış zamanı qanunsuz yolla əldə edilmiş 16 m3 həcmində işlik meşə materialı aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır”.