adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Noyabr 2017 15:39
15807
DÜNYA

Məsciddə partlayış olub, 50 nəfər ölüb

Nigeriyanın şimal-şərqində məsciddə partlayış törədilib.

Adalet.az "TASS”-a istinadla xəbər verir ki, insident Mubi şəhərində baş verib. Üzərində partlayıcı qurğu yerləşdirilmiş təxminən 17 yaşlı oğlan namazdan dərhal sonra özünü partladıb.

Terror aktı nəticəsində 50 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna deyil. Xəstəxanalara yerləşdirilən yaralıların sayı barədə məlumat verilmir. Partlayışın məsuliyyətini hələlik heç bir radikal qruplaşma üzərinə götürməyib.