Mərkəzi Gömrük Hospitalında respublikanın aparıcı ekspertlərinin görüşü keçirilib
Martın 14-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, B. Braun şirkətinin dəstəyi ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda respublikanın aparıcı ekspertlərinin görüşü keçirilib.
Tədbiri açıq elan edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov Mərkəzi Gömrük Hospitalının böyrək və qaraciyər transplantasiyası əməliyyatlarının sayına görə Azərbaycanda lider olduğunu vurğulayıb. O, həmçinin bu sahədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə uğurlu əməkdaşlıq barədə ətraflı məlumat verib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə 2025-ci ildə Mərkəzi Gömrük Hospitalında meyitdən alınmış (kadavr) qaraciyərin uğurla transplantasiya olunduğunu bildirib. Bu tarixi hadisə Azərbaycanın səhiyyə sahəsində növbəti böyük nailiyyət hesab olunur.
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d. Mircəlal Kazımi çıxışında qaraciyər transplantasiyasında anesteziya, əməliyyatdan sonrakı reanimasiya və bərpa proseslərinin əhəmiyyətindən danışıb.
Tədbirin moderatorları – Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədri, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini, t.ü.f.d. Zəhra Vəzirova və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova bu ekspert görüşünün aktuallığını vurğulayaraq, Mərkəzi Gömrük Hospitalının qazandığı unikal təcrübənin ölkənin digər klinikalarında tətbiq olunmasının vacibliyini qeyd ediblər.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqları – Rəşad Nəsirli “Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətləri”, Xəyal Məmmədov “Qaraciyər transplantasiyasında əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əməkdaşı Mədinə Quliyeva “Orqan nəqli” mövzularında təqdimatlarla çıxış ediblər.
Ekspert müzakirələrində Mərkəzi Gömrük Hospitalının rəisi, t.ü.f.d. Bəxtiyar Musayev, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, ATU-nun II Müalicə-Profilaktika fakültəsinin dekanı, t.ü.f.d., dosent İsrail Məhərrəmbəyli, Mərkəzi Klinik Xəstəxanasının Anesteziologiya-Reanimatologiya şöbəsinin müdiri, t.ü.f.d. Vüqar Abdulkərimov, Kliniki Tibbi Mərkəzin Cərrahi Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanova və digər mütəxəssislər müzakirə olunan mövzular barədə öz fikirlərini bölüşüblər.
Tədbirin yekununda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycanda transplantasiyanın inkişafı üçün könüllü donorluq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıb. Tədbir iştirakçıları – ölkənin aparıcı anestezioloq-reanimatoloqları könüllü orqan donoru olmaq üçün razılıq ərizə formalarını imzalayıb, tibb ictimaiyyətini bu təşəbbüsü dəstəkləməyə və təbliğ etməyə çağırıblar.
Digər Xəbərlər
16 Mart 2026 14:08
Daha çox bu ölkələrdən dərman alırıq- SİYAHI
14 Mart 2026 14:28
Hava şəraiti infarkt riskini artıra bilər
14 Mart 2026 12:47
Şəhid ailələri üçün tibbi müayinə aksiyası təşkil olunub - FOTOLAR
13 Mart 2026 17:57
TƏBİB bizə lazımdırmı?
13 Mart 2026 14:53
Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
13 Mart 2026 14:09
Murad Dadaşovun səhətində problem yarandı, xəstəxanaya yerləşdirildi - FOTO
13 Mart 2026 14:04
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub
13 Mart 2026 10:07


Bakı -°C

