Mərakeş gəncləri Azərbaycanda
Avqustun 21-dən etibarən Mərakeş gənclərinin Azərbaycana səfəri başlayıb.
Gənclər və İdman Nazirliyindən Adalet.az-a verilən məlumata görə, proqrama əsasən qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcək, Şəki şəhərində, Qəbələ, İsmayıllı və Göygöl rayonlarında səfərdə olacaqlar. Eyni zamanda, qonaqlar bir sıra idman müəssisələrində, gənclər təşkilatlarında görüşlər keçirəcəklər.
31 avqust tarixinədək davam edəcək səfər Azərbaycan Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi) yarımbəndinə və Azərbaycan Respublikası ilə Mərakeş Krallığının Gənclər və İdman nazirlikləri arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən həyata keçirilir.
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09