adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Fevral 2020 15:48
24384
KRİMİNAL

Mənzildən 56 yaşlı kişi meyiti tapılıb

Abşeron rayonunda mənzildən kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Şükürov Salman Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.