Mentalitet ancaq “Apatiya”ya baxanda yada düşür? - “Apatiya” filminin Mənsuru danışdı
Son günlər səs-küyə səbəb olan “Apatiya” filminin Mənsuru mətbuata müsahibəsilə gündəmə gəlib.
Adalet.az xəbər verir ki, Mənsur obrazını canlandıran Məhəmməd Şahməmmədli “Reytinq.az” saytına müsahibəsində bir çox məqamlara aydınlıq gətirib. O, filmdəki çılpaq səhnələrlə bağlı bunları deyib.
“Film, tamaşa, rəsm əsəri yaxşı mənada mübahisə, müzakirə yaratmalıdır. Şəxsən mən “Apatiya”nın şedevr olduğunu iddia etmirəm, məhdud büdcə və texnika ilə çəkilən film səhvlərdən xali deyil. Obyektiv və peşəkar tənqidləri qəbul etmək lazımdır, söz-söhbət yaradan bir-iki kadra gəlincə... Bu gün ətrafımızda - paytaxtın küçələrində, telekanallarda, sosial şəbəkələrdə baş verən əxlaqsızlığa niyə etiraz olunmur? Mentalitet ancaq “Apatiya”ya baxanda yada düşür?”.
Qeyd edək ki, “Mənsur” obrazı Məhəmməd Şahməmmədlinin kinoda oynadığı ikinci obrazıdır. O bundan əvvəl də Hikmət Rəhimovun “Çılpaq” filmində rol almışdı.
Emin
Digər Xəbərlər
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17


Bakı -°C

