adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Sentyabr 2018 12:17
87258
MÜSAHİBƏ

Məni 150 min adam tanıyır... – Aqşin Evrənlə MÜSAHİBƏ

"Ədalət” qəzetininbu dəfəki qonağı tanınmış şair Aqşin Evrəndir. Aqşin ədəbiyyatda sözünü demişimzalardanıdr. Kult.az portalnın redaktoru, bir kitab müəllifidir.

Adalet.az müsahibəni təqdim edir.

- Özünü necə hiss edirsən? Tətil necə keçdi? Deyəsən,Türkiyəyə getmişdin...

- Yaxşıyam.Tətil maraqlı oldu, əvvəlcə Tiflisə, ordan Batumiyə, daha sonra Trabzonagetdim. Tiflis yaddaşımda səmavi şəhər kimi qaldı. Bununla belə, gözlədiyimkimi olmadı. Mən daha möhtəşəm şəhər gözləyirdim. Tiflis mədəni baxımdan əliaçıq,sosial baxımdan quldur şəhərdir. Çox mədənidirlər, amma səni hər an aldatmaqistəyirlər.

Batum isəAvropa ilə Afrikanın sintezindən yaranmışdı sanki. Hətta mənə elə gəldi ki, Qaradənizdə üzdüyüm yerdə anidən suyun altından vəhşi Afrika qartalı hücum çəkəcək.Səbəbini bilmirəm, məndə belə təəssürat yaratdı.

Trabzonisə daha çox yer altındakı bir mağarada insanların qəbilə halında yaşadığı yerixatırlatdı. Bunu geridəqalmışlıq, konservatizm anlamında demirəm. O mənada ki,Trabzonda insanlar çox mehriban, bir-birilərinə yaxın idilər. Çox sevdimTrabzon insanını.

Fikrimiyekunlaşdırım: Tiflisin sənətini, Batumun təbiətini, Trabzonun insanını sevdim.İstirahət müddətimdə lazım olan 3 şeyi - sənəti, təbiəti, insanlığı tapa bilmişəm.Demək, istirahətim əla keçib.

- Aqşin, müasir Azərbaycan poeziyasında ənistedadlı şairlərdənsən. Sevilirsən, ancaq ədəbi mühitdə, insanlar içindəyoxsan. Yoxsa səndəmi yaradıcı insanın tənha olmasını istəyirsən?

- Məndənasılı olan şey deyil. Əvvəldən özümə qapalı, soyuq olmuşam. Yəni özüm "tənha şair”obrazı-zad yaratmağa çalışmamışam. İndi bu sualı verdin, qəfil xatırladım ki,doğrudan da uzun müddətdir yazar dostlarla görüşmürəm. Amma görüşəndə əksəriyyəttəəccüblənir ki, biz səni belə deyib-gülən, zarafatcıl bilmirdik, elə bilirdik,özündənrazısan. Əslində, bu görüşlər çox maraqlı alınır: fəlsəfədən tutmuştarixə, sosiologiyaya qədər hər şeydən danışırıq, müzakirələr aparırıq vəbir-birimizdən nələrsə öyrənirik. Amma dediyim ki, son vaxtlar bu görüşləralınmır. Təbii, bunda müəyyən səbəblər rol oynayır: İş, vaxt azlığı, yorğunluq,başqa qayğılar...

- Sənin haqqında fikir birmənalıdır: Aqşin gəncləriniçində ən istedadlısıdır.

- Nəsəson vaxtlar bu fikri çox adamdan eşidirəm. Halbuki mən ən yaxşı şeirlərimi hələyazmadığımı düşünürəm. Açığı, haqqımda deyilmiş gözəl sözlər mənə xoş təsiredir. Ancaq ən istedadlı olmaq məsələsi hər zaman mübahisəlidir. Bəlkə də bu dəqiqəhansısa ucqar bir kənddə elə bir şair var ki, bu günə qədər yazdıqlarımız onunbir misrasına belə dəyməz.

Ümumiyyətlə,gənc yaşında özü haqda yüksək fikirdə olan insan doymuş məhlul kimi şeydir. Belədemək mümkünsə, beton divardır. Yaşantılar ona nə qədər yeni fikirlər, hissləryükləməyə çalışsa da, alınmayacaq. Belədə həmin insan inkişaf etməyəcək, tükənəcək.

Bizdə gənclərinən çox yol verdiyi yanlış budur. 22-23 yaşlı dostlarımız artıq ədəbiyyatda təsdiqolunduqlarını düşünürlər. Bu, kənardan çox gülməli görünür. Çünki hələ ədəbiyyatın"Ə”-sini belə yazmayıblar. Bu günə qədər ədəbiyyatımızda elə nəhəng şairlər,yazarlar olub ki, indi adı belə çəkilmir. Yəni tarix amansız maşındır, ciddisütunlar qoymayanları əzib toza çevirir.

Sualındanbir qədər yayındım, ancaq bunları deməli idim ki, dostlarımız yanlışdanqayıtsınlar, inkişaf etməyə çalışsınlar.

- Aqşin, bu yaşda qazandığın şöhrət səniqorxutmur ki?

- Babatda şöhrət qazanmışam axı (gülür). Ümumilikdə toplasaq, məni 100-150 min adamtanıyır. 7 milyardlıq dünya üçün bu, Tağı Əhmədov demiş, iki tam onda beş nəfərdir.Bu yay səfər etdiyim 2 ölkədə məni görüb tanıyanlar oldu, zarafatyana dedim ki,yavaş-yavaş dünya ədəbiyyatına çıxıram(gülür). Əslində, bəlkə də şöhrətintoruna düşə bilərdim. Çünki zaman-zaman adım nəhəng Füzuli ilə yanaşı çəkildi,gözəl şairimiz Ramiz Rövşənlə, çağdaş poeziyamızın önəmli mərhələsi AqşinYeniseylə müqayisə olundum. Bəlkə də mənim yerimə kim olsaydı, indi özünüKristiano Ronaldo, ya da Afaq Aslan kimi aparırdı (gülür).

Təkraredirəm, mən arzuladığım şeirləri hələ indi-indi yazmağa başlayıram. Hər gün sonvaxtlar yazdığım şeirləri oxuyub xoşbəxt oluram. Amma bu da kifayət etmir. Dahaçox oxumalı, öyrənməli, daha böyük yaşamalıyam. Ən yaxşı şeirim hələyazmadığımdır.

- Şeiri fikrinlə, yoxsa ürəyinlə yazırsan? Səncə, şeirinyükü necə olmalıdır?

-Ümumiyyətlə, bioloji olaraq hər şey beyinlə bağlıdır, ürək sadəcə qan vurannasosdur. Amma şeirin yazılması üçün vacib olan komponentlər var. Bunlar dayaşantı, müşahidə və ideyadır. Sırf beynimin, müşahidəmin məhsulu olan şeirlərdə var, bütünlüklə yaşantıdan yaranan şeirlər də. Mən son olaraq onlarda sənət faktıaxtarıram. Daim hansısa şeirimdən imtina edirəm. Bu proses gələcəkdə də davamedəcək.

- Belinski deyir ki, öz həyatından yazmayanlaristedadsızdır. Kitablar, filmlər, yoxsa uşaqlıq xatirələrin səni yazmağa məcburedir?

-Belinskinin bu fikri hansı situasiyada deməyindən çox şey asılıdır. İnsanyalnız öz həyatındamı yazmalıdır? Məncə, bu prizmadan deyibsə, absurddur. Çünkibəzən səni "Uşaq evi”ndə stolun üzərinə yazılmış çoxlu "ana” sözləri yazmağa məcburedə bilər.

Uşaqlıqxatirələrimin hisslərinin şeirlərini yazıb bitirmişəm. Yəni keçmiş bitib, indibu günümü və gələcəyimi yazıram. Kitablar, filmlər, amma ən çox yaşadıqlarım vəmusiqilər yazmağa vadar edir.

- Şeirmənə yastı təpələri xatırladır, nəsr isə dağın döşündə ora-bura qaçan vəhşiheyvanları. Sənin gözlərində üfüqdə nə görünür?

- Dağlardanyorulub, yastı təpələrdə dincələn, rahatlıq tapan vəhşi heyvanlar görürəm.

- Hər hansı bir ədəbi quruma üzvsən? Yaradıcıadamın bir quruma üzv olmasına münasibətin necədir?

- Heçbir ədəbi quruma üzv deyiləm, üzv olmaq fikrim də yoxdur. Başqalarının üzvolmasına gəlincə isə, bu da təbiidir. Amma son illər gülməli bir vəziyyətyaranıb. Məsələn, AYB-yə üzv olan gənc bunu böyük uğur, ədəbiyyatda təsdiqlənməkimi başa düşür. Böyük təmtəraqla "AYB-yə üzv qəbul edildim” yazıb paylaşır,hamı da təbrik edir, bunu möhtəşəm uğur adlandırır. Nəticədə yeni yazmağabaşlayan gəncdə eqo və arzuların kiçilməsi prosesi başlayır. Hansısa quruma, ədəbibirliyə üzv olmaq uğur deyil, qardaş. Ümumiyyətlə, yaradıcı adam hansısa vəsiqənialmağı özünə uğur hesab etməməlidir. Yaradıcı adamın bir uğuru var – yaxşı mətnyazmaq!

- AqşinYeniseydən sonra ikinci bir Aqşin adı ilə şeir yazmaq çətin olmadı ki?

- Açığı,mən yazmağa başlayanda qarşıma Yeniseyi keçmək məqsədi qoymamışdım. Zatən, ədəbimühitə gəlməyimdə Aqşin Yenisey rol oynayıb. Kartof satırdım, zəng elədi ki,görürəm istedadlı gəncsən, gəl bizimlə işlə, məhv elə özünü (gülür).

Ammaümumilikdə bu sualının cavabını qardaşın Ayxan Ayvaz "Bizim evrənin Aqşini”yazısında verib.

- Facebookda aktiv deyilsən. Statusların çox azolur. Əksərən şeirlərini paylaşırsan. Yəqin ki, sosial şəbəkələr sənin üçünciddi yer deyil...

- Düzdür,əvvəllər şeir paylaşırdım, ancaq son vaxtlar daha çox gülməli, yumoristikstatuslar paylaşıram. Bəzən özümdən lətifələr uydurub yazıram. Bütün bunlarinsanların üzündə gülüş yaradır. Ümumiyyətlə, mən müəyyən məqamlarda oxucularınbeynindəki "daim ağlaşma quran şair” obrazını qırmağa çalışmışam. Şairə "əliniqoynuna qoyub, uzaqlara baxan kədərli ahıl” kimi baxmaq anlayışından çıxmaqlazımdır.

- Yeni kitabın necə əks-səda doğurdu?

- Kitabçıxarmağa tələsmirdim, amma oxucular, dostlar çox israr etdilər, nəşr etdirməlioldum. Yaxşı ki, nəşr etdirdim. Çünki o kitab çıxandan sonra beynimdə yeni üfüqaçıldı, daha bəşəri, daha dərin qatları olan şeirlər yazmağa başladım. Bu, öz qənaətimdeyil, poeziya haqqında dərin bilgiləri olan insanların fikridir.

Yazıçıdostumuz Şərif Ağayar da demişdi ki, kitab çıxar, yeni üfüq açılacaq,yazacaqsan. Kitabla bağlı məni məyus edən o oldu ki, çap olunandan qısa müddətsonra satılıb bitdi, çox adama çatmadı. Açığı, bir müddət fasilə verib, köhnəşeirlərimi saf-çürük edib, ömür vəfa etsə, 30 illik həyatımın yekunu olan birkitab çıxaracam.

Söhbətləşdi:Oğuz Ayvaz