adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Yanvar 2022 11:16
565
ƏDƏBİYYAT

“Mənə şeir yaz” şeirlər kitabının təqdimatı keçirildi - FOTOLAR

Yanvarın 23 -də “Azərkitab” kitab təbliğatı mərkəzində jurnalist Orxan Aslanın “Mənə şeir yaz” şeirlər kitabının təqdimatı və imza günü keçirilib.

Təqdimat mərasimini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı, “Vətən səsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist Elşən Əliyev açaraq, mətbuat  və ictimaiyyət nümayəndələrinə müəllifin ilk  kitabı haqqında məlumat verib.

Elşən Əliyevin sözlərinə görə, kitabda gənc şairin son 5 ildə yazdığı şeirlər toplanıb.

Tanınmış yazar Şərif Ağayarın redaktorluğu ilə ərsyə gələn bu kitabda müəllifin yazdığı şeirlərdən 56 nümunə seçilərək, oxuculara təqdim olunub.

Əsasən kitabda vətən, sevgi, tənhalıq və başqa mövzularda şeirlər yer alıb.Heca vəznində yazılan nümunələrdə müəllifin səmimiyyəti və sərbəstliyi diqqət çəkir.

Tədbirdə həmçinin Qubadlı uğrunda döyüşlərin iştirakçısı, Prezident tərəfindən bir çox medallarla təltif olunan Vətən müharibəsi iştirakçıları, jurnalistlər, ailə üzvləri kitab və  müəllif haqqında fikirlərini bölüşdülər. Orxan Aslanın jurnalistika sahəsində qazandığı uğurla yanaşı, öz vətənpərvər hisslərini poetik şəkildə ifadə etməyi baçaran bir şair kimi də ilk kitabını yüksək qiymətləndiriblər.

Sonra müəllif ona verilən sualları cavablandıraraq, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib. Həmçinin, kitabdan yazdığı şeirlərindən səsləndirib

Orxan Aslan qeyd edib ki, 10 ilə yaxındır jurnalistika sahəsində çalışır və paralel olaraq da şeirlər yazır. Bununla yanaşı, hazırda bir roman üzərində çalışır. Roman Kəlbəcərdə  baş verən qətliamla bağlıdır.

Tədbirin sonunda müəllif təqdimata qatılan və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü ifadə edib. Sevimli oxucuları üçün kitab imzalayaraq, hədiyyə edib.

Qeyd edək ki, Orxan Şamxal oğlu Aslanlı 1992-ci ildə Qubadlı rayonunda anadan olub. 93 nömrəli orta məktəbi və Azərbaycan Universitetinin jurnalistika  fakültəsini bitirib. Dövrü mətbuatda çoxsaylı  məqalə, reportaj, müsahibə, analitik yazılarla çıxış edib.

"Mənə şeir yaz” müəllifin ilk kitabıdır.