adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Aprel 2020 16:52
47598
LAYİHƏ

"MƏNƏ İRANDA ŞİRİN OĞLU MƏHƏMMƏD, QARABAĞDA QAZANPAPAQ MƏHƏMMƏD DEYƏRLƏR..."

O, başına Rusiyanın Kazan şəhərindəngətirilmiş Qaragül dərisindən tikilmiş, heç kimdə olmayan papaq qoyardı. Onagörə eldə-obada ona Q(K)azanpapaq Məhəmməd deyərdilər. Əvvəl Qarabağda, sonraAzərbaycanda məşhur qaçaq kimi tanınan Qazanpapaq Məhəmməd - Məhəmməd Şirinoğlu 1885-ci ildə Yelizavetpol quberniyası, Cavanşir qəzasının (indi Goranboy)Zeyvə kəndinin Şəbbəli ərazisində anadan olub. Molla yanında təhsil alıb.

***

Çoxuşaqlı ailədə böyüyən Məhəmmədinatası Şirin kişi dövrünün tanınmış tacirlərindən idi. İranın Xudafərin kəndindəÇanaxçı məhəlləsində dünyaya göz açmışdı. Ğənclik illərində alış-veriş üçüntez-tez Qarabağa, Bərdəyə gəlib-gedərdi. Bərdənin Boyəhmədli kəndində Alıkişinin qızı Xeyransa ilə evlənəndə İranda da ailəsi var idi. Həyat yoldaşıGülü, oğlu Əbülhəsən, qızı Pərzad Xudafərində yaşayırdılar. Tacirliklə məşğul olanŞirinin Alpoudda böyük təsərrüfatı, əkin-biçinyeri, mal-qarası da var idi. Özü alış-verişlə məşğul olduğundan ev qayğılarınınağırlığı həyat yoldaşı Xeyransa ilə qızı Tükəzbanın, mal-qara işlərinin çətinliyi isə xalası oğluBalaədə ilə əmisi oğlu Əsədin üzərinə düşürdü. Ailə az sonra köçür Cavanşir qəzasının(indi Göranboy) Zeyvə kəndinə. Elə Məhəmməd də həmin il dünyaya gəlir. On altıilə yaxın burada yaşayırlar. Yaxşı var-dövlət sahibi olan tacir Şirinin evinəbir gün gecə basqın olur və quldurlar onu öldürürlər. Başsız qalan ailə məcburiyyətqarşısında qalıb 1900-cü ildə yenidən Boyəhmədliyə özköhnə yurdlarına qayıdır.

Ailə qısa vaxtda yaxşı əkin-biçinyeri əmələ gətirir, xeyli qoyun-quzu artırır. Məhəmməd 1905-ci ildə, Alpoud kəndininsakini Mehdi kişinin qızı Mina ilə ailəqurur. Bu evlilikdən onun üç övladı - Cəfər, Kamil (uşaq ikən ölüb), Xeyransaolub. 1910 -1912-ci illərdə dünyanın qarmaqarışıq vaxtı Arazın o tayındanoğrular gecələr gəlib Alpouddan, ona qonşu Boyəhmədli kəndindən sürü-sürümal-qara və qoyun-quzu aparırdılar. Oğurluq Alpoudda son bir ildə iki dəfə təkrarolunmuşdu. Məhəmməd soyğunçuluğun qarşısını almaq üçün kəndin təəssübkeşcavanlarından dəstə toplayır, sözü bir yerə qoyub oğruların növbəti gəlişinigözləyirlər. Aradan üç ay keçmiş, gecənin bir aləmi Məhəmmədə xəbər çatır ki,şahsevənlilər qonşu Alpoud kəndini çalıb-çapıb üz tutublar Boyəhmədliyə.

Dərhal dəstə üzvləri şərtləşdiklərikimi, nəzərdə tutduqları mövqelərdə gizlənirlər... Oğrular kəndin girəcəyindəkievlərə hücum edib tövlələrdən mal-qaranı yola çıxaranda, dəstə şahsevənlilərinqabağını kəsir, oğrular tövlədən çıxardıqları qoyun-quzunu Alpouddanoğurladıqları sürüyə qatıb aradan çıxmağa çalışırlar. Lakin Məhəmməd onlara belə"əlidolu" getməyə macal vermir. Dəstə üzvləri ilə birlikdə yol boyuonları təqib edərək oğurlanan qoyunları hissə-hissə alıb üzünü kəndə sarıçevirirlər. Oğrulardan bir neçəsi öldürülür, qalanlarını isə Arazı keçənə kimiqovurlar. Heyvanları kəndə gətirir və sahiblərinə qaytarırlar. Ondan sonra şahsevənlilər bir dəBoyəhmədli tərəflərə ayaq basmırlar. Məhəmmədin xalası oğlu Balaədə camaatabaşa salır ki, çar hökumətinin Gəncə quberniya mərkəzindən nümayəndələri gəlibvergi yığanda, deyin ki, Şahsevən oğruları gəlib çaldılar-çapdılar, qoyun-quzumuzuapardılar, vergi verməyə imkanımız yoxdur.

Balaədə və Məhəmməd hökumətnümayəndələrinin razılığı ilə mal-qarası oğurlanan ailələrin cavan-çeviklərindəndəstə düzəldir. Bir gün dəstəni götürüb gəlir Araz çayının qırağına. Baxır ki,şahsevənlilər oğurladıqları heyvanları öz sürülərinə qatıb Arazqırağı örüşdəotarırlar. Bu zaman dəstə Arazın dayaz yerindən bir-bir gizlicə keçir o taya. Məhəmmədsürüdən aralı yovşanlıqda yerə uzanır, üstünə örtük çəkir, yoldaşları örtüyünüstünə bir neçə yerdən yovşan kolu bərkidirlər. Xeyli dayanıb məqam gözləyirlər.Mal-qara axşam örüşdən dönən vaxtı Məhəmməd yovşanlı örtüyün altındaqoyun-quzunun arxasınca sürünə-sürünə kəndə tərəf gedir. Şər qarışana yaxın ikiyerə ayrılan sürünün hansı qapıya, hansı yatağa döndüyünü bələdləyir. Bir azdandəstə üzvlərindən bir neçəsi də gəlib Məhəmmədin işarə verdiyi yerdə birləşir vəbir-birindən aralı kol-kosun içində gizlənib sakitliyi gözləyirlər.

Gecə yarısı, kənd itlərininhürüşməsi tamam yavaşıyanda Məhəmməd yoldaşlarını da götürüb gedir bələdlədiyihəyətə. Qarqaradakı itə ət parçası ata-ata onu sığınacağa salır. Evsahibinin mənzilinin qapısını çöldənbağlayır, tövlədən heyvanları çıxarıb qatır yoldaşlardan birinin qabağına. Eyniüsulla ikinci həyətdən də heyvanları götürüb səhərə yaxın Arazı keçib üztuturlar Alpouda tərəf. Camaatın mal-qarasını özlərinə qaytarır. Bundan sonra Məhəmmədineldə-obada, hətta hökumət adamları yanında hörməti birə-beş artır. Sonra bu kəndlərdənhökumət adamları yaxşı vergi alır.

Amma şahsevənlilərlə qan düşməniolan Məhəmməd bundan sonra qaçaq həyatı yaşamalı olur.

Ağsaqqalların söyləmələrinə görə,Balədənin və Məhəmmədin hünəri Peterburqa - çar II Nikolaya da çatdırılır.1906-cı ildə Balədə Çar tərəfindən ordenlə təltif edilir. O isə bu mükafatın ona verilməsinə etiraz edərəkdeyir: "O haq-hesabda Məhəmmədinhünəri daha çox olub. Ordeni ona verin".

1917-1918-ci illərdə yaranmışqarma-qarışıqlıqdan istifadə edən bəzi yerli nadanlar onsuz da erməni təhlükəsiilə üz-üzə qalan xalqa arxadan zərbə vururdular. Qarışıqlıqdan istifadə edənİran Şahsevənindən Qaçaq Cavadın, Gəncəbasardan Qatır Məmmədin dəstələri Qərvənd,Xoruzlu, Qaradağlı, Qaramanlı, Malbinəsi, Qoyunbinəsi kəndlərinə tez-tez hücumedir, kəndliləri qarət edirdilər. Onlara yerli bəylər, ayrı-ayrı kəndlərdəyaranan dəstələr tərəfindən cavab veriləndə, qanlar tökülürdü. Haqsızlığın vəsoyğunçuluğun qarşısını almaq üçün Qarxunlu Əşrəf bəyin Yevlaxda ətrafına cəm etdiyiqoçaqlar sırasında malbinəli Sarı Bəxtiyarvə xaldanlı Mustafa bəylə yanaşı boyəhmədli Qazanpapaq Məhəmməd də var idi. Onların igidliyi sayəsindəquldur İsmayılın, Qatır Məmmədin, şahsevənli qaçaq Cavadın soyğunçu dəstələri kəndəgəlməyə ehtiyat edirdilər. Lakin bunların heç biri erməni təhlükəsi qədərqorxulu deyildi. Nankor ermənilər kasıb və köməksiz kəndlilərə olmazınzülmünü verirdilər. Kəndə hücum edərkənsalamat ev qoymur, qarşılarına çıxanları qətlə yetirilir, yaxud əsir götürürdülər.Sonra xüsusi qəddarlıqla işgəncə verib öldürürdülər.

1917-ci il payızın orta ayı idi.Daşnakların Ağdərənin Umudlu kəndinidörd bir tərəfdən mühasirəyə aldıqlarını eşidən Qazanpapaq Məhəmməd dəstəsi ilətez həmin əraziyə gəlir, görür ki, erməni çox, hamısı da silahlı və əlverişlimövqedə. Atışmaq məğlubiyyətə səbəb ola bilər, mühasirəni yarmaq mümkünsüzdür.Qazanpapaq Məhəmməd atların üstündəki keçələri açdırıb böyük top düzəltdirir. Dəstədəhamıdan qıvraq və çevik olan bir gənci həmin keçə-topun içinə yerləşdirir. Özünə dətapşırır ki, səni o tərəfə atırıq ki, gedib öyrənəsən, mühasirənin ən zəifyerində səhər saat 5-də böyük tonqal qalayarsan. Dediklərini yazıb cibinə dəqoyur. Topu dağın başından buraxırlar kəndə tərəf. Top dığırlana-dığırlanamühasirənin üstündən aşaraq gedib düşür kəndin içinə. Camaat əvvəl ehtiyat etsədə, keçəni açıb gənci huşsuz halda topun içindən çıxarırlar. Az sonra özünə gələngənc məsələni açıb danışır. Səhərə yaxın tonqalın tüstüsü göyə qalxan istiqamətdənQazanpapaq Məhəmmədin dəstəsi hücuma keçir. Erməni quldurların qırılanıqırılır, qırılmayanı da canını götürübqaçır. Umudlu camaatı daşnakların növbəti qırğınından belə xilas olur.

1918-ci ilin mart-aprelaylarında ermənilərin törətdikləri qırğınlardan sonra yaranmış real təhlükəni dərkedən ağsaqqallar bir araya gələrək düşmənə qarşı özünümüdafiə tədbirləri görməküçün könüllülərdən ibarət müdafiə dəstələri yaradırlar. Həmin dəstələri at,araba, silah-sursat və ərzaqla təmin etmək əsas məsələlərdən hesab edilirdi.Boyəhmədlidəki könüllülər dəstəsinəQazanpapaq Məhəmməd başçılıqedirdi. Dəstədə onun etibarlı dostları Əsəd, Səməd, Namazalı, Balədə, Əli,Polad, Eyub oğlu Məhəmməd və yaxın qohumları idi. Ağsaqqalların söyləmələrinəgörə, dost və qohumlardan əlavə, dəstə üzvlərinin çoxu Arazın o tayından -İrandan gəlmələr idi. Yaradılmış könüllü müdafiə dəstələri itkilər hesabına da olsa erməni azğınlığınınqabağını alırdılar.

Bütün bunlara baxmayaraq ermənisilahlı birləşmələri müsəlman əhalisinə göz verib-işıq vermirdilər. Bakıdan, İrəvanvə Zəngəzur qəzalarından başlayan qırğının dalğası Lənkərandan, Qubadan,Şamaxıdan, Göyçaydan, Salyandan ötərək Qarabağın, Gəncəbasarın da az qalaaltını üstünə çevirəcəkdi. Daşnaklar kəndlərə hücum edəndə qocaya, qarıya vəuşağa rəhm etmədən qılıncdan keçirir, evləri qarət edir, sağ qalanları xüsusi qəddarlıqla,işgəncələrlə qətlə yetirir, od vurub kəndləri xarabazarlığa çevirirdilər ki,müsəlmanlar qorxudan bir də bu yerlərə ayaq basmasınlar. Göyçay-Qaraməryəmistiqamətində qırğınlar törədənbolşevik-erməni ordusu tezliklə Yevlaxı işğal etməklə Dağlıq Qarabağdadöyüşlər aparan erməni silahlıları ilə birləşməyə can atırdılar. Tarixi mənbələrinyazdığına görə, Tiflisdə yaradılan Qafqaz hökuməti Azərbaycan nümayəndələrinintəkidi və təşəbbüsü ilə Müsəlman ordusu adı altında birinci "Tatar süvarialayı"nın qalıqlarından yığma ikinci süvari alayı, bir gürcü piyada bölüyüvə bir Gəncə topçu batareyasından ibarət kiçik bir dəstə təşkil edərək düşmənqarşısına göndərmişdi. Lakin müharibənin qayda-qanunlarına əməl etmək istəməyənkönüllülərlə təpədən dırnağadək silahlanmış erməni-daşnakların qabağını almaqmümkünsüz idi. Qarabağ erməniləri azərbaycanlıları qılıncdan keçirməklə,onların yaşayış yerlərini yandırıb külə döndərməyi, bundan sonra Bakı, Şamaxı,Göyçay əhalisini qılıncdan keçirərək Gəncəbasara doğru istiqamət götürən erməniordu hissələri ilə Yevlaxda birləşməyi qarşılarına məqsəd qoymuşdular.

Yaxşı ki, Azərbaycan hökumətininxahişi ilə 1918-ci il mayın 24-də Nuru paşa və Mürsəl paşanın rəhbərliyi ilətürk qoşun hissələri iyulun 12-də Yevlaxa gəldı. Türkiyə ordusunu, onun komandanı Fəruq Nurupaşanı Yevlax və Gəncə də böyük sevinclə qarşıladılar. Onun gəlişinə alqışalayiq nitqlər söylədilər.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.