“Mən də erməniləri ifşa etmişəm və hayların hədəsinə tuş olmuşam” - YAZIÇI FİRUZ MUSTAFA
Tanınmış fitnes məşqçisi Kamil Zeynallı Rusiyada polis əməkdaşları tərəfindən saxlanılıb. K. Zeynallının dediyinə görə, o, “Domodedovo” hava limanında saxlanılıb. Yerli polis bölməsi əməkdaşları onun Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, bu səbəbdən saxlanıldığını deyiblər.
Adalet.az xəbər verir ki, yazıçı Firuz Mustafa bu məsələ ilə bağlı reaksiya verib.
“İdmançı Kamil Zeynallı ermənilərin şikayəti əsasında Moskva təyyarə limanında saxlanılıb. İdmançının özünün dediyinə görə, onu Yerevana təhvil vermək istəyirlər. Belə çıxır ki, Moskva ermənilərin yanında "yaxşı kişi" rolunu oynamaq istəyir. Ona qalmış yüzlərlə yazımda mən də erməniləri ifşa etmişəm və hayların hədəsinə tuş olmuşam. Onda ölkədən kənara çıxmayım və ya qonşu ölkəyə getməyim? Məsələ tədricən aydınlaşır. Zənnimcə Moskva bu cür hərəkətlə Bakıda saxlanılan bir çox cinayətkar ermənilərin dəyiş-düyüş yolu ilə azad edilməsinə nail olmaq və "cızığından çıxan" erməniləri ram etmək istəyir.
Emin
Digər Xəbərlər
24 Iyul 2026 14:08
“Vaqif Poeziya Günləri”nin keçirilməsi nadir sənət və mədəniyyət hadisəsidir"
24 Iyul 2026 13:48
İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri” - GORANBOYDA
23 Iyul 2026 18:37
Açıq-aşkar biabırçılıqdır – SEYMUR BAYCAN yazır
23 Iyul 2026 18:02
ELMİN VƏ ƏDƏBİ FƏALİYYƏTİN QOVŞAĞINDA
22 Iyul 2026 13:30
Könüllülər Ədəbiyyat Muzeyinin Aran filialında oldular
22 Iyul 2026 13:11
Onun ölümündən sonra Tofiq Bakını tərk etdi - Anar
22 Iyul 2026 09:57
QƏLƏMİN İŞIĞI, HƏQİQƏTİN SƏSİ – AZƏRBAYCAN MİLLİ MƏTBUATININ ŞƏRƏFLİ YOLU
22 Iyul 2026 09:29


Bakı -°C

