adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
30 Mart 2015 14:23
1789
HADİSƏ

Məmur oğlu həbs edildi

O, avtomobili sərxoş vəziyyətdə idarə edib və polisə tabe olmayıb

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərovun oğlu həbs olunub.


Apa-nın məlumatına görə, Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərovmart ayının 22-də saat 16.00 radələrindəsərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Bu zaman o, polisə sənəd təqdim etməkdən imtina edib.

Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərovbarəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Ceyhun Səfərovun həbs müddəti martın 27-də başa çatıb və o, sərbəst buraxılıb.