adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Dekabr 2018 15:23
4826
GÜNDƏM

Məmmədyarov Meksika prezidentinin andiçməsində iştirak edib

Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 1-də Meksika prezidenti Andres Manuel Lopez Obradorun ölkənin Deputatlar Palatasının binasında keçirilmiş andiçmə mərasimində iştirak edib.

Bu barədə Adalet.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mərasimə bir sıra dövlət başçıları, çoxsaylı yüksək səviyyəli qonaqla rqatılıb.

Tədbir zamanı xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb. Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Meksika prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbriklərini çatdırıb. Tərəflər Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin inkişafı potensialı və perspektivlərini müzakirə edib.