adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Iyun 2018 10:08
79607
LAYİHƏ

Məktub yazan balaca əllər, səsi tutulan müəllim... – DƏRS OTAĞI

"Dərs otağı" adlı layihə sayəsində müəllimlərimizin həyathekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqlarıçətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətəqazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqlarınşəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı Hacıqabulrayonu Abdulabad kəndi, N.Rüstəmov adına tam orta məktəbin ibtidai sinifmüəllimi Nərmin Abdullayevadır.


Qısa tanışlıq

"1993-cü ildə Xaçmaz rayonunun Susayqışlaq kəndində doğulmuşam. 2007-ci ildə 7 illik müsiqi məktəbini, 2010-cu ildə isə orta məktəbi bitirmişəm. Elə həmən ildə Azərbaycan müəllimlər İnstitunun Quba filialına - indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı - "ibtidai sinif müəllimliyi" ixtisasına qəbul olmuşam. 2014-cü ildə həmin məktəbi bitirdim. Tələbə olduğum müddətdə də Qubada fəaliyyət göstərən "Yurd" Gənclərin İntellektual İnkişafına dəstək İctimai Birliyinin ("Yurd" GİİD İB) üzvü, zamanla da hesabat meneceri olmuşam. Üzvlüyüm və fəaliyyətimiz bu gün də davam edir. 2015-ci ildə elə doğulduğum rayonun şimal sərhəddinə yaxın kiçik bir kənddə pedaqoji fəaliyyətə başladım. İndi isə təyinatla Hacıqabul rayon Abdualabad kənd N. Rüstəmov adına tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışıram. Bu illər ərzində də müxtəlif sosial və təhsil yönümlü onlarla layihədə iştirak etmişəm. İctimai fəaliyyətim bu günədək davam edir. Son dəfə isə Təhsil Nazirliyinin "Məktəblilər üçün oxu" layihəsində iştirak etdim."


Nəğməli əllər

"Düzdür,ziyalı ailəsində doğulmuşam. Evdə də hər kəs gələcəyin müəllimi kimi görüb məni.Yəqin bu abu-hava da gələcəkdə bu fikrin məndə yaranmasına və qətiləşməsinəsəbəb olub. İlk arzum musiqi müəllimi olmaq idi. Pianinonun ağ və qara dillərinətoxunmağı sevirdim. Asəf Zeynallını oxumağı qət etmişdim. Yadıma gəlir, evdəfortepianom yox idi. Mən masanın üstündə barmaqlarımı gəzdirərək pianoda ifaetdiyimi xəyal edirdim. Musiqi məktəbini də əla qiymətlərlə bitirmişəm. Lakinsonralar başqa arzular yarandı”.


Sevilən peşə

Müəllimlikmüqəddəs peşədir. Çox pafoslu fikir olsa da, bununla razılaşmamağım mümkündeyil. Bəli, müqəddəs peşədir, hətta, deyərdim ali peşədir. Düşünün, birinsanın qaranlıq yoluna işıq saçan insan olacaqsız, onun zehnini aydınladacaqsınız,həyatının önəmli anlarında bələdçilik edəcək, əlindən tutub bilmədiyi yollardaaddımlamağı öyrədəksiniz. Bundan da ali məqam olarmı? Bu baxımdan bu peşə bütün peşələrin üstüdür,ilkdir.

Müəllimlikfəaliyyətində aşkarlanan neqativ hallar bu peşənin insanlarına münasibətidəyişmişdir. Ancaq burda təkcə birtərəfli münasibət də düzgün deyil. Biz ancaqmüəllimi günahlandıra bilmərik. Təbii ki, bunda cəmiyyətin də payı oldu. Mən nəüçün keçmiş zamanda danışıram, çünki hazırda vəziyyət belə deyil. Son bir neçəildə təhsildə aparılan islahat müəllim peşəsinin nüfuzunu cəmiyyətə sankixatırlatdı. Əsl, peşəkar və işinin fədaisi, vurğunu olan insanları üzə çıxardı.İndi müəllim olmaq istəyən çox insana rast gələ bilərsiz. Təbii ki əmək haqqı artımı,işə qəbul imtahanında yüksək nəticəyə görə üstün dərs saatına malik olma dabuna öz töhvəsini verdi.


Ağrıyan yerlər...

Çətinlikhər işdə olur. Məsələn, bəzənvalideynlərlə sıxıntılarımız olur. Ən çox da o səbəbdən ki, övladlarına günün24 saatından heç olmasa ikicə saatını ayırmırlar, onlarla zaman keçirmir,övladlarını tanımağa çalışmırlar. Onlara təhsillərində dəstək olmurlar. Düzdü,bu birmənalı hər yerdə belə deyil. Hamısı da valideynin öz hüquq vəvəzifələrini, övladı və məktəb qarşısındakı öhdəliklərini bilməməsindən irəligəlir. Digər əsas çətinliyimiz yazı prosesinin, formallığın çox olmasıdır. Buyerdə müəllimlər yekdilliliklə fikrimlə razılaşar. Biz şagirdlə baş-başaqalmaq, onlara daha çox öyrətmək, bütün bu yazı prosesindən kənarda qalmaqistəyirik. Ümid edirəm ki, təhsil ekspertləri müəllimlərin fikirlərini nəzərə alaraqbu məsələnin həlli üçün çalışacaqlar. Önümüzdəki illərdə belə bir sıxıntımızqalmaz”.


Kənd qızlarının oxuma dərdi

"Ekspertkimi görünmək istəməzdim. Yalnız sıravi müəllim kimi müşahidələrimi bölüşməkistəyirəm. Düzdür, maddi-texniki baza, informasiya kommunikasiyatexnologiyaları (İKT) ilə təminetmə baxımından kənd məktəbləri şəhərməktəblərindən bir addım geridədir. Lakin deyərdim ki, kənd yerlərində oxumağa,təhsilə həvəsli gənclər daha çoxdur. Hər il qəbul imtahanlarında bunun şahidioluruq. Sadəcə əksər gənclər valideynləri tərəfindən erkən ailə qayğılarıylayüklənir, yaxud onların laqeyd münasibəti səbəbindən təhsilini davam etdirəbilmir. Bir misal çəkim. Hazırda işlədiyim kənddə (Hacıqabul rayon Abdualabadkəndi ) 9-cu sinifdə oxuyan bir qızla söhbət əsnasında məktəbi bitirdikdən sonra təhsillə bağlıhansı planlarının olduğunu soruşdum. Təhsil almaq istədiyini, ancaqvalideynlərinin ona icazə vermədiyini dedi. Həmçinin bunu deyən çox məktəblininşahidi olmuşam. Əksəri də qızdır. Oğul övladlarına bu maneəni yaratmırlar,əsasən. Çox acınacaqlıdır. Halbuki, çox istedadlı gənclər var. Bax bu mentaltəfəkkürün qaldığı bölgələrimiz çox təəssüf ki, hələ də var. Düzdür, hər kənddəbelə deyil. Məsələn, öz kəndimizdə ali məktəbə girməyənə qəribə baxırlar. Məsələdüşüncədə, ictimai qınaqdadır həm də. Bir müəllim kimi, təbii ki, bu vəziyyətməni qane edə bilməz. O səbəbdən valideynlərlə hər görüşümüzdə bu məsələniqabardırıq, marifləndirmə aparmağa çalışırıq. Nə dərəcədə nail oluruq, bunuzaman göstərəcək."


Uşaqların dostu

"Özümüonların dostu kimi təqdim etmişəm hər zaman. Mənimçün şagirdlərimin sevgisiniqazanamaq hər şeydən önəmlidir. Əgər şagird müəllimini sevirsə, demək ki,tədris edəcəyi hər fənni sevəcək və həvəslə oxuyacaq. Bu səbəbdən onlara hərzaman sevgi ilə yanaşmağa çalışmışam. Ancaq təbii ki, təlim-tərbiyə prosesindəişlər hər zaman istədiyin, xəyal etdiyin kimi getmir. O zaman insanı ancaqsəbri xilas edə bilər, yoxsa uşaqla arzuolunmaz şəkildə davrana bilərsən. Təbii ki, bunu şişirdib deyirəm. Yoxsa Günəş kimiparlayan uşaqlara toxunmağa qıymaq olmaz. Sadəcə hərdən əsəbilərin korlanabilir. Belə hallarda əvvəlcə özümü ələ alıb sinifdə olduğumu və müəllimlikvəzifəmi xatırlayıram. Hadisəyə, məsələyə bir pedaqoq və psixoloq kimiyanaşmalı olduğumu yadıma salıram. Bunları unutmaq çox pis nəticələrə gətiribçıxara bilər. Ancaq hələ ki – və inanmıram bundan sonra da olsun – birşagirdimi belə döyməmişəm. Onlara həmişə aşıladığım bir dəyər var: İnsan özünəhər zaman hörmətlə yanaşmalı, sevməli və imkan verməməlidir ki, kimsə onutəhqir etsin, ona əl qaldırsın”.


Balaca əllərin yazdığı məktub

"Deməkolar ki hər gün şagirdlərimdən bir açıqça alıram. Hamısını da saxlayıram. Həttao məktub çox pis xətlə, anlaşılmaz dildə yazılsa belə heç birini atmamışam.Çünki o bir sevgidir. Bir sevgini büküb zibil yeşiyinə atmaq olmaz, günahdır.Üstəlik o bir uşağın sevgisidirsə, heç olmaz. Hətta onu da deyim ki, 3 illikpedaqoji fəaliyyətim boyu aldığım bütün məktubların hamısını saxlayıram”.


Yaradıcı uşaqlar

İnanın,uşaqlarla keçən hər gün bir hadisədir. Bunu gəlişi gözəl söz kimi demirəm. İnsanuşaqlarla işləyəndə yaşlandığının belə fərqində olmur. Onlarla zaman sankigetmir, dayanır. Hərəsi bir dünya, hərəsi bir rəngdir. Təbii ki, maraqlıhadisələr çox olub. Keçən il hətta gündəlik tutmuşdum bununçün. Baş verən hərmaraqlı hadisəni yazırdım ora. Məsələn, indi xatırladığım birini deyim sizə. Xaçmazdaişləyirdim. Zəng vuruldu, dərsə başlamışdıq. Şəxsəddin adlı şagirdim dedi ki,müəllim, bəs mən dərsə gələndə yolda Elfləri (mifik varlıqlar - əfsanlərdə adıkeçir, hətta filmlər də çəkilib onlar haqda) gördüm. Dedim, necə yəni Elf. Dedi,hə, müəllim, balaca adamlar idi, dalımca gəlirdilər. Mən də onlara daş atıbqovdum. Özüm də qaçdım. Uşaq elə inandırıcı danışırdı ki, özüm də inandım azqala. Adam təxəyyül gücünəheyran qalır belə yaradıcı uşaqların.


Səsi itmiş müəllim

Birdəfə də səsim tutulmuşdu. Demək olar ki, danışa bilmirdim. Bir əziyyətlə dərskeçirəm ki... Birdən uşaqlardan ən dəcəli dedi ki, müəllim indi sizin səsinizdə çıxmır, bəs biz zəng vurulduğunu necə biləcəyik. Məni bir gülmək tutdu... Oçıxmayan səsimlə özü də. Bizimməktəb köhnə olduğundan zəngi yox idi. Uşaqlara özümüz deyirdik zəng olanda.


Şeir səsi gələn sinif otağı

Şeiriçox sevirəm. Hər fürsətdə də şagirlərimə yaş səviyyələrinə uyğun şeirləroxuyuram. Keçən il işlədiyim məktəbdə bir şagirdim demişdi ki, müəllim siz nəqədər şeir bilirsiz, hər şeyə uyğun bir şeir deyirsiz. Çünki görürdü ki,məsələn hava yağışlı olanda sinifə daxil olandan kimi M. Müşfiqin "Yağış”şeirini səsləndirməyə başlayırdım. Yerində deyilən şeirlər onlara çox maraqlıgəlirdi, heyranlıqla dinləyirdilər.


Unudulmaz şagird

"Məllimnə qədər şeir bilirsiniz” deyən şagirdim hər zaman yaddaşımda qalacaq. AdıŞəlalə. İkinci sinifdə oxuyanda ona dərs deməyə başlamışdım. Çox çalışqan vəbacarıqlı şagird olmağı ilə diqqətimi çəkmişdi. Çox əziz idi mənə. Sonra Ayan,Sevinc vardı. 3-cü snifə oxuyurdular. Ayan özündən komikslər, müxtəlif personajlarındilindən əyləncəli dialoqlar qururdu, Sevincinsə gözəl rəsm çəkmə qabiliyyətivardı. Hətta onlarla ARB Günəş kanalına da dəvət almışdıq. Birinci sinifdən Umaradlı şagirdim də mənə çox doğma idi. O dərsdə olmayanda elə bilirdim, nəsəçatmır. Boyu da çox balaca… Elə bil körpəydi, balamıydı. Özü də çox savadlıydı.İndi ikinci sinifdə oxumalıdır. İndiki şagirdlərimdən də sevimliləri var. Hissedirəm ki, zamanla unuda bilmədiklərim də olacaq.


Qadın və uzaq kənd

Əvvəlaqadınsansa, özü də uzaq bir rayonun ucqar kəndində dərs deyirsənsə, sənəkənardan hər zaman diqqət olacaq. Bütün evlərdə müzakirə obyektisən, geyimindəntutmuş, davranışınacan. Üstəlik, vay o gündən ki, düşdüyün kollektiv yaxşı olmaya.Səninçün o məktəbdə işləmək işgəncəyə çevrilir. Yerli müəllimlər sənə yad kimidavranır, öz aralarına almır, doğmalıq göstərmir. Sən də tanımadığın,bilmədiyin bir yerdə tək-tənha qalırsan, şagirdlərin də olmasa, dözə bilməzsən bu vəziyyətə. Yaxşı ki onlaragörə yaşamaq, dözmək olur. Ancaq çox şanslıyam. Bu sıxıntıların heç biri iləqarşılaşmamışam bu günədək. Özüm də bilmədən ən gözəl mühitə düşmüşəm. Kollektivimizçox mehriban, rəhbərlik çox qayğıkeş, diqqətcildir, hər problemimizlə maraqlanırlar.Kənd camaatı da çox mehribandır. Elə bilirəm, elə öz evimdə, öz kəndimdəyəm. O qədərdoğmalıq, istilik göstərirlər insana.