Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir
“A2 Key/A2 Key for schools” və “B1 Preliminary/ B1 Preliminary for schools” imtahanlarına qeydiyyat elan edilir.
Dövlət İmtahan Mərkəzindən Adalet.az-a bildirilib ki, imtahan aprelin 18-də bu qurumun Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 13 martdır.
Qeyd edək ki, “B1 Preliminary/B1 Preliminary for Schools” imtahanı ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır. Bu imtahan Oxu (Reading) - 45 dəqiqə;
Yazı (Writing) – 45 dəqiqə;
Dinləmə (Listening) - 35 dəqiqə;
Danışıq (Speaking) – 14 dəqiqə.
“A2 Key/A2 Key for Schools” kvalifikasiyasını almaqla isə namizəd sadə vəziyyətlərdə ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edə bilir, əsas ifadələri başa düşür və tətbiq edir. Bu imtahan da 4 bölmədən ibarətdir:
Oxu (Reading) və Yazı (Writing) – ümumilikdə 1 saat davam edəcək.
Dinləmə (Listening) - 30 dəqiqə;
Danışıq (Speaking) – 12 dəqiqə.
Hər iki imtahanın oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən götürülür.
İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.
Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.
İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və “Confirmation of Entry” (CoE) sənədini ([email protected] ünvanından göndərilir) özləri ilə gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş (göy diyircəkli qələmdən istifadəyə icazə verilmir), pozan və karandaşyonan aparılmasına icazə verilir.
Digər Xəbərlər
09 Fevral 2026 17:26
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat başladı
09 Fevral 2026 17:15
Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edildi
09 Fevral 2026 16:22
Elza İbrahimovanın adı bu məktəbə verildi
09 Fevral 2026 16:20
Bu məktəbə Fikrət Qocanın adı verildi
08 Fevral 2026 10:02
Leyla və Alena Əliyeva Gəncə STEAM mərkəzi və 37 saylı məktəbdə - FOTOLAR
05 Fevral 2026 09:41
Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak etdi
04 Fevral 2026 15:47
Bu il rezidentura imtahanları elektron formada olacaq
04 Fevral 2026 15:44


Bakı -°C

