Məktəbli formalarının kütləvi istehsalına başlanılır
2022-ci ilin martında Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün formanın təsviri” sənədini təsdiqləyib.
Bununla da, hökumət 2022-2023-cü tədris ilində dövriyyəyə buraxılmalı olan qış və yay dəstlərinin yeni modellərini təsdiqləyib.
Bəs, yeni formaların tikilməsi üçün xaricdən gətirilməsi nəzərdə tutulan parçalar ölkəyə çatıbmı?
Adalet.az xəbər verir ki, Azərbaycanda məktəbli formalarının tikilişini və satışını həyata keçirən “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov mövzu ilə bağlı Modern.az-a açıqlamasında avqust ayının 10-da tikişlərə başlanılacağını deyib.
O bildirib ki, parçaların yarısı artıq ölkəyə gətirilib, yarısı isə yoldadır:
“Parçalar həm Türkiyədən, həm Belarusdan, həm də Özbəkistandan gətirilir. Qiymətlər isə hələ təsdiq olunmayıb. Parçalar hamısı ölkəyə gətirilməlidir, yol xərcləri və s. hesablanmalıdır ki, qiymətlər təyin olunsun. Parçaların keyfiyyəti yüksək olduğu üçün yeni məktəbli formalarının da bahalaşacağı istisna deyil”.
Satış üzrə müdir qeyd edib ki, avqustun ilk həftəsindən etibarən qiymətlər də daxil olmaqla hər şey təyin olunacaq.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12


Bakı -°C

