adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Aprel 2017 15:09
11364
ƏDƏBİYYAT

Məktəbdən qovulan, avara, qumarbaz türk şairi

Nəcib Fazıl Qısakürək 1904-cü ildə İstanbulda Maraşlı ailəsindəanadan olub. Atası Abdulkabi Fazilbəy o zamanlar hüquqşünas kimi çalışıb, anasıMediha xanım evdar qadın idi. O, ailənin tək uşağıydı. Ona Əhməd Nəcib adını verdilər. Gələcəyin böyükşairi lap balaca vaxtından özü ilə baş-başa qalmışdı...

Təklikdən sıxılan Nəcibibabasının malikanəsinə yollayırlar. 15 yaşına qədər ciddi xəstəliklər yaşayanNəcibi sözün həqiqi mənasında ədəbiyyat xilas edir. Oxumağı nənəsindən öyrənənoğlan artıq ədəbiyyatın, kitabların xəstəsi olur...


Dəcəl Nəcib

Xarakterindəki dəyişkənlikonu həyatda fərqli edən ən böyük səbəbdir. Həqiqət axtarışında olan, daim özünütəkmilləşdirmək istəyən Nəcib bu xasiyyəti ucbatından neçə-neçə məktəbdəyişməli olur. Qısa zaman ərzində Gedikpaşadakı Fransız Məktəbində oxuyangələcəyin şairi ordan Amerika liseyinə göndərilir. Yaramazlığı, dəcəlliyinəticəsində məktəbdən qovulan Nəcib bir neçə müddət özüylə baş-başa qalmalıolur. Axır-axırda özündən də bezən Nəcib yatılı məktəbdə oxumağa qərar verir.Ancaq bu hələ harasıdır? Nəcibin şuluqluğu bitmək bilmir və o, məktəblərdənqovula-qovula axırda Haybeli Nümunə məktəbində orta məktəbi yekunlaşdırır.


Nazim Hikmət və Nəcib eyni məktəbdə

Nəcibin təhsili daha sonralarBahriyə məktəbində davam edəcəkdi. Onun qəbul olunduğu vaxt Yəhya KamalBayatlı, Əhməd Hamdi kimi müəllimlər burda işləyirdi. Türk poeziyasına vəeləcə də həyata baxışında tamamilə ayrı dünyaların insanı olan Nazim Hikmət dəBahriyədə Nəcibdən iki sinif yuxarıda oxuyurdu. Sosialist və millətçi şairlərinbir yerdə oxumağı, yəqin ki, taleyin oyunlarından biriydi.

Nəcib Fazil Bahriyəməktəbində şeirlər yazmağa, əllə yazılmış bir nüsxəlik "Nihal"dərgisi çıxartmağa başladı. Bu, onun ilk nəşriyyat işi olaraq tarixədüşəcəkdi...

Məktəbdə ingilis dilini yaxşıöyrənən Nəcib dünya ədəbiyyatının şedevr əsərlərini, Bayronu, Şekspiri anadilində oxumaq imkanı tapdı.

Nazim Hikmət o vaxtlarBahriyədə oxuyarkən Yəhya Kamalın tələbəsiydi. Nəcib kimi o da millətçi şeirləryazırdı. Anası Cəmilə xanımın Yəhya Kamalla münasibətini öyrəndikdən sonraNazim Bahriyədən və öz evlərindən getməli olur. Onun sonrakı taleyindəkidəyişiklik, sosialist olması, Trotskiyə pərəstiş etməsi, bəlkə də, YəhyaKamalın onu aldatması ucbatından baş verdi.

Nəcib isə burda oxuduğumüddət şeirləriylə tanınmış, ad çıxarmışdı. Ancaq içindəki qərarsızlıq Nəcibəsonuncu, dördüncü ili burda oxumağa imkan vermədi və ordan ayrıldı...

Bu zamanlar Nəcib Fazil çoxacı bir xəbər aldı: atası gənc yaşında vəfat etmişdi...


Parisə açılan yol

Darülfünunda oxumağa qəbul olunan Nəcib Fazil burda da dönəmin əntanınmış ədəbiyyatçılarıyla tanış oldu: ƏhmədHaşim, Yaqub Kadri, Faru Nafiz, Əhməd Qudsi...

"Yeni məcmuə" adlıdərgidə ilk şeirləri yayımlanan Nəcibi Yaqub Kadri və dostları yüksəkqiymətləndirmiş, onun gələcəkdə böyük şair olacağına inanmışdılar.

1924-cü ildə digərməktəblərdən və eləcə də Darülfünundan xaricdə oxumaq üçün bir qrupungöndəriləcəyi məlumatı verildi. Bir azdan aydın olacaqdı ki, o qrupun içindəbir gənc şair də var – Nəcib Fazil Qısakürək. Gələcəyin böyük şairi poeziya,şərab şəhəri Parisə gedirdi...


Paris

Nəcib Fazil Parisdə SarbonnaUniversitetinə daxil oldu. Burda dönəmin mistik filosofu HenriBerqsonla tanış oldu. Ancaq Nəcibin içindəki qərarsızlıq burda da üzə çıxdı. O,Parisdə avara və sərgərdan günlər keçirdi, qumar sevdasına tutuldu. Bir il belədavam edən boş gəzintilər nəticəsində Nəcibin illik təhsil haqqı ödənilmədi vəgeri qayıtmağa məcbur oldu.


İstanbul

Şair İstanbulda da bir neçə il avara həyatına davam etdi. Az keçmədi ki,onun "Hörümçək toru" şeirlər kitabı çapdan çıxdı. Şeirləriylə təsəllitapan Nəcib o zamanlar məşhur olan bank işinə girdi. Xarakterindəki dəyişkənlikburda da üzə çıxdı: o müxtəlif bank yerlərində çalışdı. Şair təbiəti ona biryerdə uzun müddət qalmağa imkan vermirdi.

1928-ci ildə "Qaldırımlar" adlanan ikinci şeir kitabı çıxandansonra Nəcib Fazilə böyük bir maraq yarandı. Qumar, qadın sevdasından qurtulabilməyən şair şöhrətin yaxasından bərk-bərk tutmuşdu. Deyilənə görə, budönəmlərdə "Beyza Xanım" deyə kod adı verdiyi kokain sevdasına dadüşmüşdü. Nəcib Fazil İstanbul küçələrində yıxıla-dura, buludlar üstündəgəzə-gəzə dünyaya meydan oxuyurdu. Artıq onun üçün həyatın üst qatı deyilən birşeyi qalmamışdı. O, həyatın dibinə yuvarlandıqca daha çox şair, daha çox insanolduğunu anladı...


Ankara. Əsgərlik. Şöhrət

Ankarada bank idarəsinə çağırılan Nəcib Fazil burda işləyə-işləyəmüfəttişliyə qədər yüksəldi. Paytaxt şəhər İstanbula bənzəmirdi. İstanbuldağınıq, sərsəri şəhərdi, Ankara isə kostyum geyinmiş, yaxasına qalstuk vurmuşşəhərdi. Burda yaşamağın təkyolu da özünü mədəni göstərməyə çalışmaq, ayağının büdrəməyinə imkanverməməkdi. Eynən Avropa və Şərq kimi.

Ankarada mütləq siyasətəbulaşmalısan. Nəcib Fazil də burda aydınlarla tanış oldu. Darülfünundakımüəllimləriylə də əlaqəni kəsmir, tez-tez görüşürdü.

1931-ci ildə əsgərliyəçağırıldı. Millətçi şair olan Nəcib Fazil üçün əsgərlik mühüm bir yer tuturdu.O, bəlkə də, yalnız burda, əsgər ocağında Vətənin nə demək olduğunu iki iliçərisində öyrəndi.

Əsgərliyi bitəndən sonratəzədən Ankaraya qayıtdı. Bu zaman onu şöhrətin zirvəsinə qaldıran və bütünTürkiyədə tanıdan "Mən və digəri" şeirlər kitabı çap olundu. ArtıqNəcib Fazil Qısakürək bir şair kimi açıq-aydın görünürdü...



Təsəvvüf

1934-cü ildə Nəcib Fazilindünyagörüşünün dəyişməsində mühüm bir hadisə baş verdi. Nəqşi şeyxi olanƏbdulhakim Arvasiylə tanışlığı onun şeirlərində irfan düşüncəsini ortayaçıxardı. İçinə hopan təsəvvüf, irfan düşüncəsi Nəcib Fazili Tanrıya bir az dahayaxınlaşdırıb, onu real həyatdan uzaqlaşdırdı.


Evlilik. Həbs

1941-ci ildə Fatma NeslihanBalabanla evlənən Nəcib Fazil Qısakürəyin Mehmet, Ömər, Ayşə, Osman və Zeynəbadlı beş uşağı oldu. Xoşbəxtliyin zirvəsinə qalxan Nəcibi, sən demə, irəlidəpis günlər gözləyirmiş: 1942-ci ilin qışında 45 günlük əsgərlik üçün Ərzurumaaparılır. Və elə ordaca siyasi yazısına görə həbs olunur. Bu, şairin ilk həbshəyatıydı. O, çala-çuxura düşə-düşə həyatın əsl üzünü gödü. Bütün yaşantısı dabunu təsdiqlədi...


Müxalif Nəcib Fazil

Nəcib Fazil 1943-cü ildənsiyasi mövqeyini və türk modernləşməsinə öz tənqidi münasibətlərini ortayaqoydu. Müxalif düşüncələri ifadə edən "Böyük Şərq" jurnalında çapolunurdu. Bu jurnal o dönəm çıxan ilk İslamçı dərgiydi. Başlanğıcda tanınmışyazarların yazıları dərc olunsa da, sonradan Nəcib Fazilin dəyişik imzalarlayazdığı məqalələr jurnalın əsas tərkibini tuturdu. Dərgi çox keçmir ki,tirajladığı düşüncəyə görə bağlanır. Nəcib Fazil isə yenidən əsgərliyə sürgünedilir...

1945-ci ildə "BöyükŞərq" jurnalı yenidən fəaliyyətini bərpa etdi. Nəcib Fazilin düşüncələridaha da qatılaşmışdı. Müxalif yönümlü dərgidə ancaq dini yazılar gedirdi.1945-ci ildə "Tan basqısı" adlanan yürüşdə Nəcib Fazil mitinqialqışlamış və gənclərə dəstək olmuşdu. Bir ildən sonra dərgi yenidən bağlandı.Nəcib Fazilin dərc olunan "Su" pyesi isə "milləti qanlı təşviqəyönəltmək" səbəbiylə məhkəməyə çıxarıldı.

1947-ci ildə dərgi təzədənyayımlanmağa başlasa da, bu dəfə Rıza Tevfikin dərc olunan şeirinə görə yenidənfəaliyyəti dayandırıldı və Nəcib Fazil həbs olundu. Şairi 1 ay 3 gündən sonraburaxdılar. Ancaq bəraət üçün Nəcib Fazil evindəki bütün əşyaları satmalıoldu...

Daha sonra Nəcib Fazil"Böyük Şərq Cəmiyyəti" qurdu. Çox keçmədi ki, məhz bu səbəbdən xanımıNeslihanla birlikdə həbs olundu. Əfv qərarından sonra şairi və xanımını azad etdilər.


Son

1951-ci ildə "Qumarxanabasqını"nında Nəcib Fazil həbs olundu. Şair ilk açıqlamasında ordaolduğunu bildirsə də, daha sonra bunu təkzib edərək belə demişdi: "Mən birnəfəri tutmaq üçün ordaydım və bütün bunlar Demokrat Partiyasının qurduğutələdir". Cavanlığında qumara marağı şairi bir daha azadlıqdan məhrumetdi.

Bundan sonra çıxartdığıjurnal və qurduğu partiya ucbatından dəfələrlə həbs olunan Nəcib Fazilinhəyatının yarısı dörd divar arasında keçdi...