adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Avqust 2017 14:56
3782
HADİSƏ

Məkkədə yanğın olub - 391 zəvvar təxliyə edilib

Səudiyyə Ərəbistanının Məkkə şəhərində 391 zəvvarın qaldığı oteldə yanğın baş verib.

Yanğın hindistanlı zəvvarların qaldığı 7 mərtəbəli otelin 7-ci mərtəbəsində qeydə alınıb. Təhlükəsizlik məqsədilə zəvvarlar təxliyə edilib.

Hadisə nəticəsində ölən və yaralıların olmadığı bildirilir. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.