Məkkə və Mədinədə küçəyə çıxmaq yasaqlanır
Səudiyyə Ərəbistanında kral Salman bin Əbdüləziz Al Səuduntəlimatı ilə Riyad, Məkkə və Mədinə şəhərlərində küçəyə çıxmaq yasaqlanıb.
"HaberGlobal”ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin Mətbuat Katibi Məhəmməd əl-Əbd əl-Əli bəyan edib.
Onun sözlərinə görə, ölkəyə qonaq qismində gələn Əfqanıstan vətəndaşı koronavirus səbəbindən ölüb. Bundan başqa, ölkədə daha 205 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da yoluxma sayı 676-ya yüksəlib.
19.00-06.00 saatları üçün nəzərdə tutulan karantinin müddəti hələlik 21 gün müəyyən edilib. Qanunu pozanların cərimə olunacağı və həbslə cəzalandırılacağı barədə xəbərdarlıq edilib.
Digər Xəbərlər
28 Aprel 2024 13:43
Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”
28 Aprel 2024 13:41İsveçli qadın Quranı yandırdı
28 Aprel 2024 12:07Türkiyədə polis nəfəri idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
28 Aprel 2024 10:08Rusiyada zəlzələ olub
27 Aprel 2024 17:49