Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxıldı

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Adalet.az xəbər verir ki, bu barədə APA-ya aktrisanın sənət dostu Turan Uğur məlumat verib.
Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur: "Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir".
Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.
Digər Xəbərlər

Bu gün IX Muğam Televiziya Müsabiqəsi başlayır

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq - FOTOLAR

GƏNCLƏRLƏ GÖRÜŞ

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR + YENİLƏNİB

Bakı Xoreoqrafiya Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilib

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

Onlara Prezidentin mükafatı veriləcək
