adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 May 2017 17:22
20075
MƏDƏNİYYƏT

Mehriban Əliyeva Mədəniyyət və İncəsənət Universitetinin korpusunun açılışında – FOTO

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva açılışda iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarov və universitetin rektoru, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə xanım Mehriban Əliyevaya məlumat veriblər.