Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Adalet.az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova vəsatətlərlə çıxış ediblər.
Onlar M. Hüseynovun vəkillərin yanında əyləşməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, prosesdə audio və ya video çəkiliş aparılması, iclasın istintaqla aparılması, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin dindirilməsi və digər məsələlər barədə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmə iclası aprelin 10-da davam edəcək.
Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.
Digər Xəbərlər
03 May 2024 15:55
Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib
03 May 2024 11:11Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular
01 May 2024 17:20Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR
30 Aprel 2024 14:53Məhkəmə Elnarə Qasımova barədə qərar verib
30 Aprel 2024 12:49