adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 May 2019 17:43
15074
ƏDƏBİYYAT

Məhəmməd Hadinin 140 illik yubileyi qeyd edilib

AMEA N.Gəncəvi adına Milli AzərbaycanƏdəbiyyatı Muzeyinin Aran Regional filialı 17 may 2019-cu il tarixdə Kürdəmirşəhər 3 saylı tam orta məktəbdə XX əsr Azərbaycan şeirində mütərəqqi romantizm cərəyanının görkəmli nümayəndələrindən olan Məhəmməd Hadininanadan olmasının 140 illiyi münasibətilə tədbir keçirdi.

Tədbirin aparıcısı AMEAN.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialınınmüdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yubiley tədbiriniaçaraq türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəyərəkşeirlərində yaradıcı şəkildə əks etdirməsindən, orijinal şair kimi ədəbiyyattariximizdə özünə layiqli yertutmasından danışdı. Eyni zamanda, o, 1902-ci il Şamaxı zəlzələsindən sonraHadinin Kürdəmirə köçərək müəllimlik fəaliyyəti ilə məşğul olmasından və 116yaşlı bu məktəbin onun təşəbbüsü və təşkilarçılığı ilə tikilməsindən bəhsedərək bu səbəbdən də şairin yubileyinin məhz bu məktəbdə keçirilməsinivurğuladı.

Tədbirdə Məhəmməd Hadinin çətin və keşməkeşli həyatındanvə yaradıcılığından məqamları əksetdirən video çarxın nümayişindən sonra məruzə etmək üçün söz məktəbindil-ədəbiyyat müəllimi Əsbət Musayevaya verildi. O,

ömrü boyu bütün varlığı ilə doğma Azərbaycana bağlı olan, xalqı üçüngözəl, azad günlər arzu edən ölməz sənətkarın fəlsəfi görüşlərindən, öz əsərlərindəhaqsızlığa, ədalətsizliyə etirazından, dövrünün siyasi-ictimai hadisələrinə,mövcud quruluşun yaramazlığına, despotizmə, ətalətə, geriliyə etiraz etməsindənbəhs etdi.

Publisist TofiqAbdullayev, tarixçi-araşdırmaçı Ağa Zeynalov çıxış edərək Məhəmməd Hadinin Kürdəmirdəyaşadığı, işlədiyi dövrlərdən əldə etdikləri qiymətli məlumatları tədbiriştirakçılarına çatdırdılar.

Tədbir ərzində məktəbinşagirdləri şairin məktəbə, xalqın maariflənməsinə, qadın azadlığına, millətintərəqqisinə həsr etdiyi şeirlərdən seçmələr səsləndirdilər.

Tədbirin sonundaməktəbin təlim-tərbiyə işləri üzrədirektor müavini Əli Ağayev çıxış edərək Hadi yadigarı olan məktəbintarixindən, ənənələrindən, ilkin fəaliyyətini əks etdirən sənəd və şəkillərdənbəhs edərək tərəqqipərvər şairin arzu və xəyallarının gerçəkləşməsini, məktəbinrespublika məktəbləri içərisində hər zaman yüksək nəticələr əldə etməsini qeydetdi. O, eyni zamanda Dövlətinizin Məhəmməd Hadinin şəxsiyyətinə vəyaradıcılığına verdiyi yüksək dəyərdən, onun seçilmiş əsərlərinin Azərbaycan dilində və latın qrafikası iləkütləvi tirajla nəşr edilərək ölkə kitabxanalarına hədiyyə edilməsindən, adınınküçə və məktəblərə verilərək əbədiləşdirilməsini vurğuladı.