Məhəmməd Əl-Casir DÇ-dən danışdı: O ölkənin formasını geyinəcəyəm
İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casir ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il futbol üzrə dünya çempionatının (DÇ) 1/4 finalına yüksələməyi bacaracaq təşkilatın iştirakçı ölkələrindən istənilən yığmanı dəstəkləyəcəyinə söz verib.
Adalet.az "report"a istinadla xəbər verir ki, o bu barədə Bakıda IsDB Qrupunun illik toplantıları zamanı bildirib.
"Təəssüf ki, dünya çempionatında iştirakçı ölkələrin futbol komandalarının çıxışlarını diqqətlə izləməyə vaxtım yoxdur. Lakin mən mütləq uşaqları dəstəkləyəcəyəm. Hətta dörddəbir finala kimi yüksələcək, təşkilatımıza üzv olan istənilən ölkənin formasını geyinəcəyəm", - M.Əl-Casir qeyd edib.
IsDB-nin sədri qeyd edib ki, idman iqtisadi əməkdaşlıq kimi qarşılıqlı anlaşmanı möhkəmləndirərək və dövlətlər arasında qarşılıqlı fəaliyyət üçün əlavə imkanlar yaradaraq ölkələri, xalqları birləşdirmək qabiliyyətinə malikdir.
Onun sözlərinə görə, təşkilata üzv ölkələrin ən böyük beynəlxalq idman turnirlərindəki uğurları qürur mənbəyidir və İslam dünyası dövlətlərinin təkcə iqtisadiyyat və maliyyə deyil, həm də digər sahələrdəki potensialını nümayiş etdirir.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı ilk dəfə olaraq eyni vaxtda üç ölkədə - ABŞ, Kanada və Meksikada keçirilir. Turnirdə İslam İnkişaf Bankı Qrupuna daxil olan bir sıra dövlətlər iştirak edir.
Digər Xəbərlər
18 Iyun 2026 17:00
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
18 Iyun 2026 16:09
İlham Əliyev açılış mərasimində iştirak etdi - FOTOLAR+VİDEO + YENİLƏNİB
18 Iyun 2026 14:11
Prezident Administrasiyasında Fazil Mustafa ilə görüş keçirilib
18 Iyun 2026 13:09
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim etdi
18 Iyun 2026 13:02
İlham Əliyev qəbul keçirdi - FOTOLAR
18 Iyun 2026 12:18
Əli Əhmədov Rusiya ilə əməkdaşlıqdan danışdı
18 Iyun 2026 10:58
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
18 Iyun 2026 10:40


Bakı -°C

