Prezident Administrasiyasında Fazil Mustafa ilə görüş keçirilib
Prezident Administrasiyasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə növbəti görüş keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı Böyük Quruluş Partiyasının Mətbuat xidməti yayıb.
Məlumata görə, iyunun 18-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Fazil Mustafa arasında keçirilən görüş işgüzar şəraitdə baş tutub.
Görüş zamanı beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, regionda formalaşan yeni siyasi arxitektura, Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrinin əhəmiyyəti, həmçinin yeni siyasi konfiqurasiya çərçivəsində həyata keçirilən islahatlar və postmüharibə dövrünün ideoloji xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qeyd ediblər ki, dövlət tərəfindən təşviq olunan siyasi dialoq mühiti cəmiyyətin vahid qüvvə kimi inkişafına və milli birliyin möhkəmlənməsinə xidmət edir. Bildirilib ki, yeni siyasi konfiqurasiya şəraitində siyasi partiyaların ictimai nüfuzu yüksəlir, onların ölkənin siyasi sistemindəki rolu daha da artır.
Görüşdə müxalif siyasi partiyaların Milli Məclisin rəhbərliyində təmsil olunmasının demokratik ənənələrin inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin siyasi partiya üzvlərinin ictimai diskussiyalarda fəal iştirakının ölkənin demokratik təcrübəsinin zənginləşməsində mühüm rol oynadığı bildirilib.
Müzakirələr zamanı siyasi dialoq mühitinin sağlam münasibətlərin və ictimai konsensusun möhkəmlənməsinə xidmət etdiyi qeyd olunub, bu istiqamətdə görülən işlərin davam etdirilməsinin strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Tərəflər qərəzli informasiya manipulyasiyalarına qarşı mübarizədə siyasi partiyaların rolunu, eləcə də Böyük Quruluş Partiyasının müxtəlif strateji istiqamətlər üzrə perspektiv fəaliyyət planlarını da müzakirə ediblər.
Fazil Mustafa əməkdaşlığın əhəmiyyətini vurğulayaraq sağlam siyasi münasibətlərin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.
Görüşün sonunda Ədalət Vəliyev əhalinin siyasi maarifləndirilməsi və milli maraqların qorunmasına xidmət edən təşəbbüslərdə fəal iştirak edən Böyük Quruluş Partiyasına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Digər Xəbərlər
18 Iyun 2026 13:09
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim etdi
18 Iyun 2026 13:02
İlham Əliyev qəbul keçirdi - FOTOLAR
18 Iyun 2026 12:18
Əli Əhmədov Rusiya ilə əməkdaşlıqdan danışdı
18 Iyun 2026 10:58
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
18 Iyun 2026 10:40
"Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq" - Prezident
18 Iyun 2026 10:36
“Amerika İranı bombalayaraq rejimi xalq inqilabından xilas etdi”
18 Iyun 2026 10:20
Hikmət Hacıyev Marius Lazurka ilə GÖRÜŞDÜ
18 Iyun 2026 09:51


Bakı -°C

