adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Fevral 2018 11:21
20940
MARAQLI

Məhəbbətin qadağan olunduğu ölkələr

Başlanğıcı Roma imperatorluğu dövrünə qədər uzanan"Sevgililər günü”. Bütün dünyada romantizmi təmsil edən gün olaraq qeyd olunur.Qərbdən Şərqə bir çox ölkədə mənimsənilən bu xüsusi günün qeyd olunmasıölkələrin öz mədəniyyətlərinə görə dəyişir.

Dilləri,dinləri, mədəniyyətləri və adətləri fərqli olsa da 14 fevral Yaponiya, Fransa,Amerika, Çin və bir çox ölkə tərəfindən xüsusi coşquyla qeyd olunur.

Əncoşqulu qeyd olunan Amerika

Şübhəsizki, Amerika dünyaüzrə Sevgililər günün bir xeyli qabaq həyəcanla və böyük coşquyla gözləyən vəqeyd edən ölkələrin ən başında durur. 14 fevral Amerikada alış-veriş festivalıvə romantizm bayramı olaraq xatırlanır. Bütün vitrinlər bir neçə gün qabaqcadanbu gün münasibətilə qırmızı rəngə boyanır, bütün günü gül və şokolad almaq üçünizdiham yaşanır. Amerikalı Ester Flovlandın 1847-ci ilində ilk Sevgililər günükartını yollamağı ilə Amerikada qeyd olunmağa başlanan bu gün alış-veriş həcminin də artmasına səbəb olur.Markalar bu günə xüsusi kampaniyalarla alış-veriş çılğınlığını artırır.Statistikalar da ən çox evlilik təklifləri də məhz bugün olduğunu göstərir.Amerika iqtisadiyyatçıları da ölkənin 1930-cu ildə yaşadığı böhrandan daçıxmasında böyük rolu olduğunu deyirlər.

Azərbaycanda ildə iki dəfə qeyd olunur

14 fevral Sevgililər günüAzərbaycanda ölkənin azadlığaqovuşmasından sonra qeyd olunmağa başlanıb. 2004-cü ildən etibarən isə 30 iyunqeyd olunmağa başlanıb. 1990-cı ildə Bakıda şəhid olan İlham Allahverdiyevlə onunölümünün ardınca intihar edən yeni eləndiyi Fərizənin toy günü 30 iyun. Bugünİlhamla Fərizənin məzarları ziyarət olunur, sevgililər bir-birlərinə hədiyyəalırlar.

Yaponiyada əsas iş qadınlara düşür

Yaponiya da sevgililər gününü həyəcanla gözləyən ölkələrdəndir.Ancaq bu gün Yaponiyada ən çox qadınların hazırlıqlar gördüyü gündür. Qadınlarhəyat yoldaşlarına, sevgililərinə xüsusi jestlər edirlər. Yalnız qızlaroğlanlara şokolad və müxtəlif hədiyyələr alırlar. Qısası, "Sevgililər günü” birçox ölkələrdəkinin əksinə kişilər qadınlara deyil, qadınlar kişilərə hədiyyəalırlar.

Yaponiyada bu adət 1958-də Mary Chocolate adlı bir şokolad markasının"Sevgililər günü”nü ölkədə tanıtmaq üçün qızların oğlanlara şokolad almağınayönlənidrən bir kampaniya təşkil etməyi ilə başlayıb və bugünə kimi davam edir.

Və bir ay sonra "Ağ gün”adlandırılan bir gün qeyd olunur ki, həmin gün 14 fevralda qadınlardan hədiyyəalan kişilər öz borclarından çıxırlar.

Çində 14 fevral Ay təqviminə görəqeyd olunur.

Çində bu gün Ay təqviminin yeddinci ayının yeddinci günündə qeyd olunur.Ay təqviminin hər il 10 gün dala, ya da qabağa çəkilməsi səbəbilə bu gününtarixi hər dəfə dəyişir. Çində bu gün Qixi festivalı təşkil olunur. Özlərinəməxsus paltarlar geyinirlər, rəqs edirlər, hər il 77 cütlük öz sevgihekayələrini xalqa danışdıqdan sonra evlənirlər.

Fransa romantik bayramların əslünvanıdır

Fransanın paytaxtı Paris dünyanın ən romantik şəhərlərindən biri olaraqqəbul olunur. Parisin sehirli ab-havasının təsirindəndir ki, bu şəhər"Sevgililər günü”nün ən romantik qeyd olunan şəhərlər siyahısında birincidir.

Qadağa olunmuş ölkələr

2002-ci ildə Səudiyyə Ərəbistanında qeyd olunması qadağan olunub, bununlayanaşı İranda 2011-ci ildə bu gün üçün xüsusi hədiyyə satışına qadağa qoyulub.Malaziya, Özbəkistan və Pakistan da 14 fevral Sevgililər günün qeyd etməyənölkələrdəndir.