Media sahəsində tədbirlər planı təsdiqləndi
TDT-nin media sahəsi üzrə keçirilən müzakirələrində təşkilata üzv dövlətlərin media sahəsində tədbirlər planı təsdiqlənib.
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, forumda TDT-yə üzv ölkələrdə informasiya mühitinin formalaşdırılması və regional səviyyədə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb: “TDT-yə üzv dövlətlər arasında media əməkdaşlığı mövcuddur və bu əməkdaşlıq getdikcə genişlənir. Gələn il isə növbəti görüşün Astanada keçirilməsi planlaşdırılır. Bu barədə əlavə məlumat yaxın zamanda açıqlanacaq”, - Əhməd İsmayılov vurğulayıb.
Digər Xəbərlər
22 Yanvar 2026 17:19
Prezidentin adından saxta açıqlama yayılıb - MEDİA
21 Yanvar 2026 12:58
Rəşad Məcid: "Dezinformasiyaların bəziləri savadsızlıqdan yayılır"
21 Yanvar 2026 12:23
Natiq Məmmədli: Azərbaycanda dezinformasiya ilə mübarizə üçün siyasi sistem mövcuddur
15 Yanvar 2026 12:32


Bakı -°C

