Media orqanlarının nəzərinə: Tələblər artırılır
Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər artırılacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:
- şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir.
Bu tələb pozulduqda yayım Audiovizual Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
13 May 2026 15:06
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi
12 May 2026 15:20
MEDİA: Azərbaycan mediası sülhün təbliğatçısı olmaldır
05 May 2026 14:30
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
05 May 2026 13:04
Mətbuat Şurası medianı müsahiblərə həssas yanaşmağa çağırıb
05 May 2026 12:10
Azərbaycan və Suriyanın media əməkdaşlığı müzakirə edilib
01 May 2026 14:12
MEDİA-nın təşkilatçılığı III Forumun açılış mərasimi keçirilib - FOTOLAR
01 May 2026 12:07
Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq
01 May 2026 11:50


Bakı -°C

