adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Mart 2019 15:47
42475
LAYİHƏ

MƏCNUNLARIN MƏCNUNU

(əvvəli 16 martsayımızda)

"Mən özümübir qara qul eləmişdim. Çünki bir dəfə hacılardan birisi Məkkədən bir qara qulgətirmişdi. Mən də bütün ərəbləri bir qara qul hesab edərək özümü bu şəkləsalmışdım".

XoşbəxtlikdənH.Sarabskinin Məcnunu ilk tamaşadan böyük məhəbbətlə qarşılanır.

"İkinci pərdədüşdükdən sonra camaat, yoldaşlarım və teatrda iştirak edənlər mənim başımayığılıb "Afərin, afərin!" deyə təbrik etdilər... Mənə deyirdilər: "Hüseynqulu, əgər üçüncü pərdənidə yaratsan, artist adı alacaqsan". 3-cü pərdəni başladıqda mən cəsarətləonlara dedim: "Gedin, tamaşa edin, görərsiniz!" O pərdədə məndə eləhiss oyandı ki, tamam Hüseynqululuğu-mu unudub bir Məcnun kəsilmişdim. Səhnə mənimüçün bir səhranı təmsil edirdi. Mənimlə iştirak edənləri tanımırdım. Gözlərimheç bir şey görmürdü. Pərdə düşdükdən sonra camaatın məni dəfələrlə sürəklialqışlar içərisində pərdə qabağına çağırması və yoldaşlarımın pərdə dalında məniəhatə edib öpmələri mənə o qədər təsir etdi ki, biixtiyar ağlayırdım... Buoyundan sonra camaat və səhnə yoldaşlarım məni Məcnun deyə çağırardılar. O ad mənəo qədər əziz idi ki, hər kəs bu adla çağırdıqda fərəhlənirdim".

Məcnuna olan buböyük sənətkar məhəbbəti H.Sarabskini bütün ömrü boyu tərk etməmişdi. Əslaktyor üçün təkcə oynayacağı obrazı sevmək azdır, onu sevdirmək də lazımdır.Bunun üçünsə yuxusuz gecələr keçirmək, axtarışlar, tapıntılar etmək gərəkdir.Bu mənada Məcnunu anlamaq və duymaq bir aktyor-müğənni kimi H.Sarabskiyə qismətolmuşdu.

Məcnun kimdir? Dəlidir,ağıllıdır, şairdir, aşiqdir, filosofdur? Məhz H.Sarabski öz oyunu ilə busuallara cavab verdiyi üçün özündən sonrakı bütün "Məcnunların"ustadı olmuş və olaraq qalmaqdadır. Bizim bəzi gənc müğənnilər səhv olaraq səhnədəMəcnunun "dəliliyini" qabartmağa cəhd edirlər. Bu doğru yol, sənətyolu deyildir. Hüseynqulu Sarabski isə Məcnunun məcnunluğunun səbəblərinitamaşaçılara göstərirdi. Məcnunluğun əsasında isə böyük insani məhəbbət və kədər,özünüdərk, yüksək humanist duyğuların tərənnümü, dövrdən şikayət, bir sözlə, Məcnununmürəkkəb fəlsəfi düşüncələri, zəngin mənəvi dünyası durur... Məcnun avam, cahilinsanların zülmündən çöllərə düşmüşdür, onu insanlara, cəmiyyətə bağlayan yeganətel sevdiyi Leylidir. Bütün bunlar Sarabskinin oyununda öz böyük mənasınıtapırdı.


1914-cü ildəSarabskinin Tiflisdə qastrol səfərindəki çıxışlarının şahidi olmuş professorƏziz Şərif "Keçmiş günlərdən" kitabında yazır: "Sarabskininoyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır, boğazımdan tutub sıxır,gözümdən yaş axıdırdı. Divanə Məcnunun dağlarda dolaşması, inilti və qəhqəhəsi,iztirab və həyəcanları! Bu sehrli mənzərəni, bu əfsanəvi musiqini, Məcnununsonsuz kədərini unutmaq olarmı?

...Zavallı,uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məhəbbətlə oynadı. O, Məcnununsurətini tam mənası ilə canlandırdı".

HüseynquluSarabski vaxtaşırı qastrol səfərlərinə gedərək başqa rollarla yanaşı, MəcnunuQafqaz, İran və Orta Asiya torpaqlarında da şöhrətləndirmiş, özü də böyük xalqməhəbbəti qazanmışdı. Aktyor 1913-cü ildə Qarabağdakı qastrol səfərini belə təsviredirdi:

"Müdir gəldiki, nə etməli, aləm biletli-biletsiz dolub teatra. Dedim gedin zalın pəncərələriniaçın, hamı da sakit olsun, tamaşanı başlayaq. Pərdə açıldı, "Şəbi-hicran"oxundu. Camaat sakit idi. Mən səhnəyə çıxdım, camaat tərəfindən gurultulu alqışvə gül-çiçək səhnəyə tökülürdü. Mən təzimdən sonra alqışın kəsilməsini gözləyirdim.Amma alqış davam edirdi. Bu halda Əbülfət Vəlini gördükdə nə etmək lazımolduğunu sordum. Əbülfət mənə tez-tez dedi: "Qaç, qaç səhnədən çıx!"Əbülfət sözünü qurtarmamış yerli gənclər gəlib məni səhnədə atıb-tutmağabaşladılar... Leyli rolunu oynayan yoldaşım Ağdamskiyə dedim: "Əhməd, mənbu gecə oxumayacağam, ağlaya-ağlaya oynayacağam. Amma sən oxumalısan". Ogecə oynadığım Məcnunu deyə bilərəm ki, nə oynamışam, nə də oynayacağam".

Xalq şairiSüleyman Rüstəm aktyor-müğənniyə həsr etdiyi məqalədə onu belə xatırlayır:

"Yadımdadır,məktəbli çağlarımızda əlimizə pul düşən kimi "Leyli və Məcnun","Şah İsmayıl", "Əsli və Kərəm" və digər tamaşalara baxmağagedərdik. Hüseynqulu Sarabskinin aktyorluq istedadı, ürəkləri dindirən məlahətlisəsi biz gənclərin ruhunu oxşayardı, həyəcanlandırardı. Onun iştirak etdiyitamaşalara təkrar-təkrar baxdıqca bu sənətkara məhəbbətimiz qat-qat artırdı. Məcnunuo qədər təbii, canlı, zəngin boyalarla oynayırdı ki, salondakıların gözləriyaşarardı.

O zamanHüseynqulu Sarabskinin iştirakı ilə verilən tamaşa axşamları teatr qarşısındaatlı milis dəstəsi növbə çəkərdi.

Çünki billettapa bilməyənlər nə yolla olur-olsun içəri girib Hüseynqulunu səhnədə görməkistəyirdilər".

Yox, HüseynquluSarabski Məcnunu hər zaman, lap yaşlı vaxtlarında belə, böyük ilhamlaoynamışdır. Bunu aktyoru səhnədə görənlər, onunla çiyin-çiyinə çalışmış sənətkarlarda etiraf edirlər ki, Sarabskinin Məcnunu əvəzsiz idi. Onun Məcnunu bir içimsu, bir udumluq hava deyildi, axar çaydı, təptəzə bahar havası idi.

Sarabski Məcnununməcnunuydu. Əbədilik qazanmış, həmişəcavan, həmişəyaşar Məcnun!

Üzeyir bəyH.Sarabskinin məzarı başında demişdir: "...Aktyorluq dərsi oxumamış, obrazyaratmaq sənətini keçməmiş, məktəb və darülfünun bitirməmiş olan HüseynquluSarabski olduqca çətin və mürəkkəb bir faciə təmsil edən Məcnun obrazınıyaratmaq sahəsində öz-özündən elə bir məharət göstərdi ki, sair artistlər üçünbir nümunə, tam bir məktəb oldu".

P.S. Arzu edərdimki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı iləanadan olmasının 140 illik yubileyini keçirdiyimiz Hüseynqulu Sarabskinin"Köhnə Bakı" kitabı latın qrafikası ilə yenidən nəşr olunsun. 1982-ciildə "Yazıçı" nəşriyyatında mənim redaktorluğumla 50 min tirajla nəşrolmuş bu kitaba H.Sarabskinin "Bir aktyorun xatirələri" və"Hüseyn Ərəblinskinin tərcümeyi-halı" xatirələrini də əlavə edərəkçap etmişdik. Düşünürəm ki, görkəmli aktyorun "Köhnə Bakı" kitabınınnəşri onun yubileyinə ən dəyərli hədiyyə olardı.

Mustafa Çəmənli