adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Mart 2019 18:12
36336
LAYİHƏ

MƏCNUNLARIN MƏCNUNU

(əvvəli ötənsayımızda)

Görün, buansambl respublikaya nə cür səs-səda salmışdı ki, onu statusu olmaya-olmaya bucür mötəbər tədbirə və digər dövlət konsertlərinə dəvət edirdilər. Heç birstatusu olmayan ansambl Azərbaycanın hüdudlarını aşaraq, keçmiş SSRİ-nin birçox məkanlarında konsertlər verirdi.

Bu gün Gəncədəanaloqu olmayan, gözəlliyi ilə göz oxşayan Dövlət Filarmoniyası fəaliyyət göstərir.Bu filarmoniya məhz "Göygöl"ün bazası əsasında yaranıb. Yəni"Göygölü"ün bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət müəllimfilarmoniyanın nəzdində "Göygöl" mahnı və rəqs ansamblından başqa,notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini də təşkil edib.

1990-cı ildə GəncədəDövlət Filarmoniyası açılarkən məhz Fikrət müəllimin özünün təşəbbüsü və təklifiilə bu sənət məbədgahına korifey sənətkarımız, böyük bəstəkarımız FikrətƏmirovun adı verilib. 1987-ci ildə Əməkdar artist, 2014-ci ilin fevral ayının13-də Xalq artisti adı ilə, həmçinin, bir çox fəxri fərman və mükafatlarla təltifolunub.

Bununla yanaşı,"Göygöl"də Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, NəzakətMəmmədova, Flora Kərimova, Elmira Rəhimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinəİsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, MəmmədbağırBağırzadə, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər çıxış ediblər. Bunlarıda demək lazımdır.

Fikrət Verdiyev:

- Təxminən 70-ciillərin əvvəllərində muğama həvəs bir qədər azalmışdı. Həmin vaxtlar böyükmaestromuz Niyazi filarmoniyanın direktoru işləyirdi. O vaxt bizi ayda ən azıüç dəfə filarmoniyaya solo konsertə dəvət edirdi. İnanın, həmin konsertlərəbilet tapmaq olmurdu. Ansamblımızın belə populyar, şöhrətli vaxtları var idi.

Elə yadımadüşmüşkən bir məqamı da deyim. O vaxt böyük sənətkarımız, gözəl gitara ifaçımızRəmişlə yaxşı münasibətlərimiz var idi, dostluq edirdik, bu gün də əlaqələrimizdavam edir. Mənə də "brat" deyirdi, dedi, "brat", nə olarbir dəfə də məni ansamblla filarmoniya səhnəsinə çıxar. Dedim ki, olar, niyəolmur.

Gəldim Niyazininyanına, dedim ki, mənim afişama Rəmişin də adını yazın. Əvvəl bir az tərəddüdelədi, dedi ki, işçim deyil, heç yerdə işləmir. Elə dərhal rəhmətlik Niyazininyanından katibəmə zəng vurdum, dedim ki, bu gündən Rafiq Hüseynovun əmriniyazırsınız, gəlib imzalayacağam.

Beləliklə,afişada mənim, Rövşən Behcətin, altda isə Rəmişin adı yazıldı. Siz təsəvvür edəbilməzsiniz ki, nə cür konsert keçdi. Zalda ayaq üstdə belə durmağa yer yoxidi, iynə atsan, yerə düşməzdi, hələ bayırda gözləyənləri demirəm.

Beləliklə, üçgün möhtəşəm bir konsert proqramı verdik. Təxminən üç ay sonra yenidən Bakıya,filarmoniyaya gələndə gördüm, afişaya yazılıb ki, ifa edir Rəmiş. Gəlib gülə-gülədedim, maestro, nə məsələdir? O da gülə-gülə cavab verdi ki, əla sənətçidir,konsertləri də anşlaqla keçir, zalda yer tapılmır. Mən özüm də gitara çalanidim, amma Rəmişi özümdən üstün bilib deyirdim ki, qoy, o ifa etsin, mən tardaifa edərəm...

"Zeynəbxanımın Gəncədə 10 günə 40 konserti təşkil olundu, hamısı da canlı ifa"

- Böyük sənətkarımızZeynəb xanımla uzun illər bir ansamblda çalışmısınız. Onunla əməkdaşlığınız necəyarandı?

- Səhv etmirəmsə,1971-ci il idi. Bir gün böyük sənətkar Ələkbər Tağıyev mənə zəng etdi. Mənə Gəncələhcəsi, şivəsi ilə "Lələ" deyərdi. Dedi ki, "Lələ", birbizə gələrsən, dedim ki, gələrəm.

Gələndə gördümki, Zeynəb xanım da Ələkbər müəllimin yanındadır, məni görən kimi əl veribgörüşdü, dedi ki, Fikrətin haqqında eşitmişəm, yaxşı sənətçidir. Ələkbər müəllimdedi ki, "Lələ", səninlə fəxr edirəm, mən də cavab verdim, elə biz dəsizinlə fəxr edirik ki, belə bir yerlimiz, sənətkarımız, bəstəkarımız var.Dedi, "Lələ", bir yerdə işləyəkmi, dedim ki, işləyək.

Zeynəb xanımüçün gözəl repertuar hazırlandı və həmin il onun Gəncədə konserti təşkil olundu.Siz özünüz təsəvvür edin ki, nə cür konsert oldu. Zeynəb xanımı Gəncənin həryerinə apardıq, bütün ali məktəblərdə, zavodlarda konsertlərini təşkil etdik.

10 gün ərzindəgünə dörd konsert olmaqla, 40 konsert təşkil olundu, hamısı da canlı ifa,fonoqramsız. Arada cəmi 20 dəqiqə fasilə olurdu, bir stəkan çay içib, paltarınıdəyişib, yenidən səhnəyə çıxırdı. Sonra rayonlarda, şəhərlərdə stadionlardakonsertlər verirdik. Elə olurdu ki, bir ay ərzində onunla 25 gün stadionlardakonsertlər verirdik...

BəyimxanımCavanşirova-Verdiyeva:

- Həmin vaxtlarartıq Zeynəb xanım "Əfsanə" adlı ansambl yaratmışdı və Fikrət müəllimitarzən kimi ansamblına dəvət etmişdi. Fikrət müəllimin fəaliyyəti, yaradıcılığıçoxşaxəlidir. Həm gözəl tarzən, həm gözəl saz, həm gözəl gitara ifaçısıdır, həmdə uzun illər pedaqoji fəaliyyətlə məşğul olub.

Tarla bərabər,bu alətlərdə də gözəl ifa edir. Həm öz milli musiqilərimizin, muğamlarımızın, həmbir çox xalqların milli musiqi nümunələrinin gözəl ifaçısıdır. Mənim bütün sənətkarlara,bütün tarzənlərə böyük hörmətim var, özüm də sənətkar ailəsində anadan olmuşam,atam başda olmaqla, dahilər, sənətkarlar mühitində böyümüşəm, amma Zeynəb xanımdigər böyük sənətkarlar ola-ola məhz Fikrəti ansamblına çağırdı.

Fikrətin gözəlidarəçilik, təşkilatçılıq qabiliyyəti vardı və və bu gün də elədir. Onun kimiikinci bir təşkilatçı tapmaq çox çətindir. O, bir işə yanaşırsa, qol qoyursa,ona bütün enerjisini, gücünü sərf edir, sevgisini, ürəyini qoyur və nəticədə,ona tapşırılan işi əla səviyyədə edir. Həmin vaxt Bakıdan Gəncəyə beş dəfə təyyarəreysləri vardı.

Səhər reysi iləgəlirdi Bakıya, Zeynəb xanımla, "Əfsanə" ansamblı ilə məşq edir,konsertlərə qatılırdı, sonrakı reyslə qayıdıb yenidən Gəncəyə gəlir,"Göygöl"lə məşq edir, axşam isə Gəncədə konsert proqramı ilə çıxışedirdi. Yəni paralel şəkildə həm "Göygol"də, həm Zeynəb xanımın"Əfsanə" ansamblında çalışırdı.

Zeynəb xanımla40-a yaxın qastrol səfərində olublar - ABŞ-da, Almaniyada, Yaponiyada,Əfqanıstanda, Yunanıstanda, Liviyada, İraqda, Türkiyədə... Xarici, tanınmış müğənnilərin Gəncəyə səfərlərini ilk dəfə məhz Fikrət müəllimtəşkil etmişdi.

RadmilaKaraklaiçi, Müşərrəf Akayı, Mixail Boyarskinini, o zamanlar Almaniyada, hazırdaisə ABŞ-da yaşayan qarmon ifaçısı Rəhmanı, digər sənətkarları Gəncəyə dəvət edərək,gəncəlilərin zövqünü, ruhunu oxşayan gözəl konsert proqramları təşkil etmişdi.Gəncə qaynayırdı, sanki musiqi bayramı idi. Hətta konsertlər olan zaman mənə də,rəhmətlik anasında deyirdi ki, siz də hazırlaşın, konsertə gəlin.

O vaxt konsertlərədaha çox kişilər gəlirdi, qadınlar bir az çəkinirdilər. Deyirdi ki, siz gəlin,camaat da görsün ki, ailəvi şəkildə konsertdə iştirak edirik, o zaman başqalarıda xanımları, bacıları, anaları ilə gələcəklər. Bəzən Gəncənin vəzifəli şəxslərinədə zəng edirdi ki, gələndə xanımlarınızla gəlin. Deyirdi ki, tək kişilərləolmaz, qadınlar da bu konsertlərdə iştirak etməlidirlər, bunlar da mədəniyyətininkişafına bir töhfədir. Bax mədəniyyətə, sənətə xidmət budur.

Fikrət Verdiyev:

- 1982-ci ilidi. O zaman keçmiş SSRİ-nin rəhbəri Leonid İliç Brejnev Azərbaycana gəlmişdi. Keçmiş Lenin Sarayında dövlət konsert olmalıidi. Zeynəb xanım dedi ki, dəyişiklik oldu. Soruşduq ki, nə dəyişiklik? Dedi, MərkəziKomitədən məsləhət görüldü ki, ansamblın bədii rəhbəri Fikrət Verdiyev olsun.

Xəbərim yox idi,mən də məəttəl qaldım. Həmin vaxt Həsən Həsənov Mərkəzi Komitənin ideoloji məsələlərüzrə katibi vəzifəsində çalışırdı, Mərkəzi Komitədən əvvəl bizdə, Gəncədəbirinci katib işləmişdi, məni tanıyırdı.

(ardı növbətisayımızda)

Mustafa Çəmənli