Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib - FOTOLAR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, görüşdə işğaldan azad edilmiş ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərin gəlir gətirən sahələr üzrə peşə təlimlərinə cəlb edilməsi istiqamətində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Dövlət Komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verilib.
Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, Qarabağa və Şərqi Zəngəzura qayıdışı başlanmış keçmiş məcburi köçkünlərin məşğulluğu, yeni yaşayış şəraitinə adaptasiyası və iqtisadi fəaliyyətə reinteqrasiyası mühüm vəzifələrdən biridir. Bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müxtəlif layihələr icra olunur, geri qayıdan əmək qabiliyyətli şəxslər üçün peşə təlimləri və məşğulluğa dəstək tədbirləri təşkil edilir. Keçmiş məcburi köçkünlərin qayıdışa hazırlanması prosesində digər dövlət qurumlarının iştirakı isə təqdirəlayiqdir.
TKTA-nın Hüquq Təminatı Departamentinin direktoru Vüqar Bağırlı keçmiş məcburi köçkünlərin kvalifikasiyasının tanınması, onların özünüməşğulluq imkanlarının artırılması, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də peşə təlimlərinə cəlb edilmiş şəxslərin sayı və imtahan prosesi barədə məlumat verib.
Daha sonra TKTA-nın Qeyri-formal və İnformal Təhsilin Tanınması Şöbəsinin müdiri Mansur Rəhimli təqdimatla çıxış edib. O, ölkəmizdə peşə təhsilinin cari vəziyyəti, formal təhsil ala bilməyən, lakin müxtəlif vasitələrlə peşə bacarıqları əldə edən şəxslərin peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinə keçmiş məcburi köçkünlərin cəlb edilməsinin əhəmiyyəti haqqında danışıb. TKTA tərəfindən verilən sertifikat və diplomların onların məşğulluq imkanlarının genişləndirilməsinə təsiri vurğulanıb.
Görüşdə keçmiş məcburi köçkünlərin əmək bazarına inteqrasiyası, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bu sahədə əməkdaşlığın vacibliyi qeyd edilib.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

