Mask tarixdə ilk trilyonçu oldu
Amerikalı sahibkar İlon Mask "SpeysX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) sayəsində tarixdə ilk trilyonçu olub.
Adalet.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Məlumata görə, daha əvvəl şirkət IPO çərçivəsində rekord 75 milyard dollar cəlb edəcəyini bildirmişdi.
Amerikanın "SpeysX" şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirilməsi ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Şirkət bir səhm üçün 135 dollar qiymətinə 555 555 555 səhm yerləşdirib.
"SpeysX"in qiymətli kağızları iyunun 12-dən "Nasdaq" elektron birjasında "SPCX" indeksi altında satışa çıxarılacaq.
Digər Xəbərlər
18 Iyul 2026 18:38
Bir ay sonra həmin öhdəliklərin icrasını dayandırdılar
18 Iyul 2026 17:12
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərləndi, 21-i uşaqdır
18 Iyul 2026 16:49
İranda ölən mülki şəxslərin sayı 50-yə çatdı
18 Iyul 2026 15:56


Bakı -°C

