“Bunun Ermənistan iqtisadiyyatına çox ciddi ziyan vuracağını düşünmürəm”
Xəbər verdiyimiz kimi, “Rosselxoznadzor” 2026-cı il iyunun 12-dən etibarən mənşə ölkəsi və göndərilmə yeri Ermənistan olan bütün karantin nəzarətindəki məhsulların Rusiyaya idxalını, həmçinin onların Rusiya ərazisindən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə tranzitini məhdudlaşdırır.
Məsələylə bağlı Adalet.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, bu cür addım elə bir ciddi təsir göstərməyəcək:
“Deyək ki, Rusiya Ermənistan məhsullarının ölkəyə idxalına qadağa qoydu. Bunun Ermənistan iqtisadiyyatına çox ciddi ziyan vuracağını düşünmürəm. Çünki Ermənistan o məhsulları ikinci, üçüncü əl vasitəsi ilə Türkiyə bazarlarına da çıxara bilər ki, bu da istər-istəməz Ermənistan ticarətinin davam etdirilməsi kimi ola bilər. Bu gün üçün Rusiyanın bu addımı az bir effekt göstərə bilər. Ona görə düşünürəm ki, ən yaxşı halda bu addım qarşılıqlı təsir göstərəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Iyul 2026 16:04
Prezident Fərman imzaladı
22 Iyul 2026 13:15
“Ordumuzu, vətənimizi ələ salan biri indi çox rahatca deyir ki...”
22 Iyul 2026 11:46
"Mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - Hikmət Hacıyev
22 Iyul 2026 08:31
“Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur”
21 Iyul 2026 22:28
Azərbaycan Avropaya hansı halda qaz ixracını artıracaq? - Prezident şərtləri açıqladı
21 Iyul 2026 22:15
İlham Əliyev Berlində xatirə kitabına bunları yazıb - FOTO
21 Iyul 2026 22:07
Prezidentin Bakıda keçirilmiş "gizli görüş"lə bağlı çıxışı - VİDEO
21 Iyul 2026 21:42


Bakı -°C

