adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 May 2018 14:22
14994
KRİMİNAL

Maşın qaçıran keçmiş məhkum tutuldu

Bakıda avtomobil qaçırmış şəxs tutulub.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də Samir Əmirliyə məxsus "VAZ-21015” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Süleymanov saxlanılıb.

Avtomobil Y.Vəzirov küçəsində tapılıb. Araşdırma aparılır.