Masallıda maskalı şəxslər mağazadan oğurluq ediblər
Masallıda ərzaq mağazasından oğurluq edilib.
Adalet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılavar kəndində qeydə alınıb.
Axşam saatlarında kənd sakini Nadir Qafarova məxsus ərzaq mağazasına üzü maskalı şəxslər qapını sındırmaqla daxil olub, 500 manat nağd pul, siqaretlər və içkilər oğurlayıblar. Ümumilikdə N. Qafarova 2000 manatdan artıq ziyan vurublar. Mağazada təhlükəsizlik kamerası olsa da, oğrular maska taxdıqları üçün hələlik onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21