Marsın milyard illik sirri Böyük Səhrada tapıldı
Malidəki Böyük Səhrada tapılan 4,1 milyard illik Mars meteoriti “qırmızı planet”in ilkin mərhələlərində su ilə qarşılıqlı təsirdə olduğuna dair əhəmiyyətli dəlillər təqdim edib. Meteorit planetin milyard illik keçmişinə işıq salıb.
Adalet.az xəbər verir ki, 2022-ci ildə kəşf edilən və ümumi çəkisi 798,5 qram olan səkkiz hissədən ibarət “Teghaza 001” adlı meteoritin ən azı 4,1 milyard illik olduğu müəyyən edilib.
NASA tədqiqatçılarının da daxil olduğu elmi qrup meteoritin quruluşundakı mineral və kimyəvi izlərin Marsın qabığında erkən mərhələlərdə suyun olduğunu və qayaların su ilə qarşılıqlı təsirdə olduğunu bildirib.
Meteoritin Marsa dəyən səma cisminin zərbəsi ilə kosmosa atıldığı düşünülür.
Tədqiqatçılar meteoritin mineral və kimyəvi xüsusiyyətlərini Marsdan gələn məlumatlarla müqayisə edərək, qayanın planetin cənub dağlıq ərazilərindəki 13 fərqli yerdən qaynaqlandığını müəyyən ediblər.
Alimlər hesab edirlər ki, bu kəşf Marsın niyə daha quru hala gəldiyini və Yer kürəsinin su saxlamağa davam etdiyini anlamağa da kömək edə bilər.
Digər Xəbərlər
09 Noyabr 2026 10:58
Almaniyada 800 illik qala 1 avroya satışa çıxarıldı
06 Noyabr 2026 09:33
Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
05 Noyabr 2026 13:40
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir - FOTOLAR
05 Noyabr 2026 07:38
Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
04 Noyabr 2026 10:50
“Çox vaxt insanları anlamaq üçün deyil...”
04 Noyabr 2026 07:28
Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
03 Noyabr 2026 13:20
Nəsli kəsilmiş Turan pələngi təbiətə qayıdır - VİDEO
03 Noyabr 2026 07:24


Bakı -°C

