adalet.az header logo
  • Bakı -°C
04 Noyabr 2026 10:50
69
MARAQLI
A- A+

“Çox vaxt insanları anlamaq üçün deyil...”

“Ziqmund Freyd insan ruhunun ən dərin qatlarına enərək danışmağın müalicəvi gücünü psixoanalizin əsasına çevirdi. Onun verdiyi bir sual var: “Qarşınızdakı insanı dinləyirsiniz, yoxsa danışmaq üçün növbə gözləyirsiniz?”.

Adalet.az xəbər verir ki, bunu məşhur telejurnalist İbrahim Nəbioğlu deyib. 

“Nə qədər sadə və nə qədər düşündürücü bir sualdır! Çox vaxt insanları anlamaq üçün deyil, onlara cavab vermək üçün dinləyirik. Qarşımızdakı hələ sözünü bitirməmiş beynimizdə etirazımızı, məsləhətimizi, hətta hökmümüzü hazırlayırıq. Halbuki dinləmək yalnız qulaq asmaq deyil. Başqasının düşüncəsinə, ağrısına, dünyasına öz mühakimələrimizi bir müddət kənara qoyaraq daxil ola bilməkdir. Bəzən insanın ehtiyacı olan nə ağıllı məsləhətdir, nə də təsəlli. Sadəcə, sözünü kəsmədən onu dinləyən birisidir. Çünki hər kəs danışmaq istəyir, amma həqiqətən dinləməyi bacaranlar çox azdır”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN