Mançesterdəki terror aktı ilə əlaqəli daha bir nəfər saxlanıldı
Mançesterdəki terror aktının araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb.
Adalet.az xəbər verir ki, bununla da "Mançester-Arena" stadionunda terror aktı ilə bağlı saxlanılanların sayı 14 nəfərə çatıb, onlardan 2-si buraxılıb, 12 nəfər həbsdə qalır.
Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.
İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. (trend)