adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Aprel 2024 15:46
1217
İDMAN

"Mançester Yunayted"də bu mövsüm 57-ci zədə

“Mançester Yunayted”in braziliyalı vingeri Antoni zədələnib.

Adalet.az xəbər verir ki, 24 yaşlı futbolçu məşqdə sıradan çıxıb. O, zədə səbəbindən İngiltərə Premyer Liqasının 33-cü turunun “Bornmut”la oyununu (2:2) buraxıb. Antoninin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

Bunu da qeyd etmək lazımdır ki, "qırmızı şeytanlar" cari mövsümdə tez-tez zədə ilə üzləşirlər. Bu zədə isə komandanın cari mövsümdə 57-ci zədəsidir.

Xatırladaq ki, Antoni 2022-ci ilin yayında “Ayaks”dan İngiltərə klubuna keçib, O, bütün turnirlərdə 77 oyuna çıxıb, 10 qol vurub və 5 qolun ötürməsini verib.