Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Elçin Əkbərov ona məxsus 10 baş iri buynuzlu heyvanın rayonun Şiştəpə kəndi yaxınlığındakı otlaq sahədən naməlum şəraitdə itdiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, 23 yanvar 2020-ci il tarixində vətəndaşa məxsus heyvanları otlaq sahəsindən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuş, 31 yaşlı Elman Nağıyev və onun əmisi oğlu, 31 yaşlı Səfər Nağıyev oğurlayıblar.
hDindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf edərək həmin heyvanları Bərdə rayonunda satdıqlarını, əldə etdikləri pulu isə aralarında bölərək xərclədiklərini bildiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
27 Aprel 2024 09:21
Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı
26 Aprel 2024 16:04Nərimanovda 5 kq narkotiklə saxlanılan şəxs həbs olundu - VİDEO
26 Aprel 2024 10:12Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO
25 Aprel 2024 11:48