adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2024 14:37
396
DÜNYA

"Makron Ukrayna ilə bağlı konkret qərarlar verə bilmir"

Blooberg agentliyi yazır ki, Fransanın prezidenti Emanuel Makron, Ukrayna münaqişəsiylə bağlı özünün təsir etmək gücünü çox şişirdir.

 "Baxmayaraq ki, Avropanın problemlərinin analiz edilməsində Makronu çox tərifləyirlər, lakin konkret qərarlar qəbul edərkən onun açıq ritorikası daha çox tənqid olunur"-deyə agentlik qeyd edir.

 Bloomberg yazır ki, bu yaxınlarda keçirilən yığıncaqda Avropa siyasətinin müzakirəsi zamanı Makron bəyan edib ki, "müdafiə məsələsində idealoji qələbə qazanıb". Lakin müzakirə iştirakçıları Fransa liderlərindən alovlu bəyənatlar vermək əvəzinə, Ukrayna münaqişəsiylə bağlı konkret təkliflərini təqdim etməsini istəyiblər. 

  Makron da çox fikirləşməyib və "ağıllı bir təklif" irəli sürüb. O, Parisdə keçiriləcək Yay Olimpiya oyunları ərəfəsində bütün dünyada hərbi əməliyyatların dayandırılmasını təklif edib.

 Elə ABŞ prezidenti Co Bayden də Makronun dediyinə operativ reaksiya verərək, İsrailin Rəfaha hücum planının tezləşdirilməsi üçün korrektə edib, Rusiya-Ukrayna müharibəsinin daha da qızışdırılması üçün Ukraynaya 61 milyard dollar hərbi yardım paketi göndərməyə hazlaşır. 

 Rusiyanın xsrici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bəyan edib ki, əvvəlcə Makronun Olimpiya oyunları zamanı atəşin dayandırılması ilə bağlı verdiyi təklifin səmimiliyi yoxlanılmalıdır.

 Yəni, Fransa prezidenti Makronun bu günədək verdiyi səmərəsiz təkliflər səmimilikdən o qədər uzaa olub ki, Artıq dünyada onun sərsəm bəyənatlarına ironiya ilə yanaşırlar.

 Rüstəm Hacıyev