Mahir Emreli Modriçin komanda yoldaşı ola bilər

İspaniya "Real"ının xorvatiyalı ulduz futbolçusu Luka Modriç ölkəsinin "Dinamo" klubuna qayıda bilər.
Adalet.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin İdarə Heyətinin sədri Vlatko Peras "İndex" nəşrinə müsahibəsində bildirib.
O, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklərini söyləyib:
"Onun müqaviləsinin son ilidir. Qışda mütləq Modriçə zəng edəcəyəm. Necə ola bilər ki, klub onu geri qaytarmaq istəməsin? Daim əlaqədə olduğumuzu deyə bilmərəm, amma ailə üzvlərini tanıyıram. Karyerasını bitirməmişdən əvvəl "Dinamo"da çıxış etməsi məntiqli olardı. Niyə də yox?"
Qeyd edək ki, Zaqreb klubunun yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib.
Digər Xəbərlər

"Qarabağ" "Sumqayıt"ı böyük fərqlə məğlub edib

"Vüqar Həşimov Memorialı - 2023” superturnirinə start verildi

İdman şərhçisi: “kiçik dünya”larında oynayıb dağılışıb getsələr lap əntiqə olar

AFFA Şenol Günəşlə danışıqlara başladı

“Real Madrid” Mbappeyə müqavilə imzalamağı təklif edəcək

“Qarabağ” buna görə cərimələndi

ATIB ABRI-HƏYANI MƏN YAXINA GƏLƏRƏK,QUCDUM AĞCAQAYINI, ÖZGƏNİN ARVADI TƏK
