08 May 2025 09:40
124
İDMAN

Bu gün Avropa Liqasının finalçıları bəlli olacaq

Bu gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək və finala yüksələcək komandaların adı məlum olacaq.

Adalet.az xəbər verir ki, Norveçin “Budyo Qlimt” klubu evdə İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək.

Digər qarşılaşmada isə “Mançester Yunayted” öz meydanında İspaniyanın “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk matçlarda “Tottenhem” doğma meydanda “Budyo Qlimt”ə 3:1, “Mançester Yunayted” isə səfərdə “Atletik Bilbao”ya 3:0 hesabı ilə qalib gəlib.

23:00, "Budyo Qlimt" - "Tottenhem" (ilk oyun - 1:3);

23:00, "Mançester Yunayted" - "Atletik Bilbao" (ilk oyun - 3:0).