adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Aprel 2014 11:46
9936
MƏMLƏKƏT

Magistrlara hərbi xidmətdən möhlət veriləcək

"Elm haqqında” qanun layihəsi MilliMəclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.Adalet.az-ın məlumatına görə, MilliMəclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərəaçıqlamasında deyib ki, qanun layihəsi keçən ilin payız sessiyasından hazırdır.Hazırda bəzi xərc tutumlu maddələrin müzakirəsi aparılır.

Ş. Hacıyevin sözlərinə görə, qanun layihəsi iləbağlı bütün rəylər, təkliflər, iradlar, tövsiyələr alınıb: "Yalnız xərc tutumlumaddələrin müzakirəsi gedir. Bu işlər tamamlanandan sonra Elm haqqında qanunlayihəsi Mili Məclisin plenar iclasının müzakirəsinə çıxarıla bilər”.


Komitə sədri qeyd edib ki, magistr və doktoranturada təhsil alan oğlanlarahərbi xidmətdən möhlət hüququnun verilməsinə dair maddə qanun layihəsində özəksini tapıb: "Bəzən ictimaiyyətdə belə fikir formalaşır ki, magistr vədoktoranturada oxuyanlar hərbi xidmətə getməyəcək. Amma burada söhbət yalnızmöhlət hüququndan gedir. Boloniya prosesinə əsasən, təhsil 3 pilləlidir:bakalavriat, magistratura və doktorantura. Biz tərəfdarıyıq ki, hər 3 pillədəoğlanlara hərbi xidmətdən möhlət hüququ verilsin. Bu məsələ "Elm haqqında”qanun layihəsində öz əksini tapıb. Çalışacağıq ki, qanun layihəsi bu sessiyabaşa çatana kimi müzakirəyə çıxarılsın”.

Ş. Hacıyev deyib ki, oğlan tələbələr bakalavriatıbaşa çatdırıb magistraturaya qəbul olunacaqsa, hərbi xidmətdən möhlət hüququalmaq hüququna malik olacaq. Bu, eyni zamanda magistraturadan doktoranturayakeçənlərə də şamil olunacaq.